Accessibility links

Əfqanıstanda onlarla Taliban yaraqlısı öldürülüb


Yerli rəsmilərin Amerikanın Səsinə bildirdiyinə görə, Əfqanıstanın qərb bölgəsində onlarla Taliban yaraqlısı öldürülüb.

40-ya yaxın yaraqlının Xifaan bölgəsində iki rəqib Taliban qruplaşması arasındakı qarşıdurmada öldürüldüyü bildirilir. Qarşıdurma zamanı onlarla döyüşçü xəsarət alıb.

Qruplaşmaların komandirləri Molla Səməd və Molla Nanqyalayi arasında qarşıdurma şənbə gün gecə baş qaldırıb. Onlar yeni Talibanın ABŞ-ın dron hücumları nəticəsində öldürülən lideri Molla Muxtar Mənsurun tərəfdarları olub.

​Molla Nanqyalayi Taliban rəhbərliyi ilə gərgin münasibətlərə malik olan Molla Məhəmməd Rəsul qrupunun üzvüdür.

Bu qrup Molla Neybətullanın qrupa yeni lider seçilməsinin əleyhinədir.

Əfqanıstanın cənub Qəzni vilayətindəki əməliyyatlarda da onlarla Taliban yaraqlısının qətlə yetirildiyi bildirib.

Onlar Əfqanıstanın təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Qəzninin polis idarəsinin rəisi Məhəmməd Zamanın Amerikanın Səsinə bildirdiyinə görə, qarşıdurma zamanı 38 yaraqlı həyatını itirib.

XS
SM
MD
LG