Accessibility links

Əfqanıstanda xilas əməliyyatları ümidləri azaldıb


Əfqanıstanda faciəvi torpaq sürüşməsindən sonra sağ qalanların qurtuluşuna dair ümidlər azalıb.

Bədəxşan vilayətində axtarış əməliyyatları nəticəsində cəmi iki cəsədin tapılmasına nail olunub. Yüzlərlə insan tonlarla palçıq və daş altında qalıb.

Cümə günü baş verən təbii fəlakət 4 min insanı didərgin salıb. Ölənlərin sayının 2700 nəfərə qədər olacağı təxmin edilir. Çoxsaylı insan itkindir.

ABŞ prezidenti Barak Obama və BMT-nin baş katibi Ban Gi Mun fəlakət qurbanlarının ailələrinə başsağlığı və yardımlara söz verib.
XS
SM
MD
LG