Accessibility links

Raket hücumu Əfqanıstanda 17 nəfərin ölümünə səbəb olub


Əfqan rəsmiləri Helmənd vilayətində toy mərasimində 17 nəfərin ölümünə səbəb olmuş raket hücumuna görə əsgərlərin məsuliyyət daşıdığını bildirib.

Helməndin qubernator müavini Məhəmməd Can Rəsulyar deyib ki, əsgərlər ərazidə yaraqlılar tərəfindən hücuma məruz qaldıqdan sonra raketdən istifadə edib.

O deyib ki, hadisədə şübhəli bilinən əsgərlər hərbi tribunala cəlb olunub.

Rəsulyar hadisə qurbanlarının sayının 17, yaralananların isə 50 nəfər olduğunu bildirib. Şahidlər ölənlərin sayının 26 nəfər olduğunu deyib. Ölənlərin əksəriyyəti qadın və uşaqlardır.

İnsident əfqan qoşunları ölkədə təhlükəsizliyə tam nəzarəti əla aldıqları zaman baş verir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG