Accessibility links

Kabildə partlayış nəticəsində parlamentin bir üzvü yaralanıb


Əfqanıstan rəsmiləri bildirib ki, Kabildə törədilmiş partlayış parlamentin bir üzvü və başqa iki nəfərin yaralanmasına səbəb olub.

Körpünün altına yerləşdirilmiş bomba partlayışı zamanı Bamyan vilayətinin qanunvericisi Fəkori Behiştinin avtomobili zədələnib. Daxili İşlər Nazirliyinin rəsmisi partlayışın onu hədəf aldığını ehtimal etdiyini bildirib.

Partlayış digər avtomobilləri də sıradan çıxarıb və yaxınlıqda yerləşən mağazaların şüşələrinin sınmasına səbəb olub. Partlayışa görə məsuliyyəti hələlik üzərinə götürən olmayıb.

Ötən həftə başqa bir parlament üzvünə qarşı törədilmiş intiharçı hücumu nəticəsində yeddi nəfər həyatını itirib, qanunverici sağ qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG