Accessibility links

Əfqanıstanda intiharçı hücumu zamanı 6 nəfər ölüb, 22 nəfər yaralanıb


Əfqanıstan rəsmiləri bildirir ki, Pərvan vilayətində intiharçı hücumu zamanı azı 6 nəfər həlak olub 22 nəfər yaralanıb.

Daxili işlər nazirliyinin sözçüsü Sədiq Səddiqi hücumu təsdiqləyib və bildirib ki, həlak olanların çoxu mülkü vətəndaşlardır.

O, mətbuat konfransında deyib ki, polis intiharçının kimliyini müəyyən etdikdən sonra onu saxlamağa cəhd göstərsə də hücumçu üzərindəki bombanı yoxlama məntəqəsi yaxınlığında partladıb.

Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb. Lakin Əfqanıstan rəsmiləri hücumun Talibanla əlaqəsi olan militantlar tərəfindən həyata keçirildiyini iddia edir.

Rəsmi Kabil Pakistandakı Taliban liderlərinin Əfqanistanda militantlara sığınacaq verdiyini və onları istiqamətləndirdiyini iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib
please wait

No media source currently available

0:00 0:11:04 0:00
XS
SM
MD
LG