Accessibility links

Həmid Karzay:"Əfqanıstanı qarşıda ciddi işlər gözləyir"



Tokioda keçirilən beynəlxalq konfransda donor ölkələr Əfqanıstana 16 milyard dollar məbləğində yardım edilməsinə söz verib.

Konfransda iştirak edən ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar əfqan xalqını Amerika əsgərlərinin 2014-cü ildə Əfqanıstanı tərk etməsindən sonra tək qoymayacaq.

Əfqanıstan prezidenti Həmid Karzay deyib ki, beynəlxalq qüvvələrin ölkəni tərk etməsindən sonra qarşıda ciddi işlərin görüləcəyi illər gəlir.

Prezident Karzay bildirib ki, demokratikləşmə istiqamətində mühüm addımların atılmasına baxmayaraq, ölkə hələ də təhlükəsizliyə hədələrlə qarşılaşır. O, Əfqanıstanda korrupsiyanın əvvəllər edilmiş beynəlxalq yardım səylərinə mane olduğunu deyib və problemə nəzarəti artırmağa söz verib.
XS
SM
MD
LG