Accessibility links

Əfqanıstanda küçə uşaqlarının yaratdığı musiqi qrupu - "Səfirlərin mərhəməti"


Əfqanıstanda küçə uşaqlarının yaratdığı musiqi qrupu - "Səfirlərin mərhəməti"
please wait

No media source currently available

0:00 0:01:53 0:00

Əfqanıstanda bir zamanlar musiqini yasaqlayan Talibanın yenidən baş qaldıraraq musiqini qadağan edəcəyinə dair qorxular mövcud olsa da, gəncləri musiqiyə cəlb edən Məsumə Məhəmmədi əksəriyyəti küçə uşaqları olmaqla yaratdığı qrupa musiqi dərsləri verir.

17 yaşlı Məsumə həftədə iki dəfə Kabil kafelərində küçə uşaqlarına musiqi dərsləri verir. Onlar musiqi alətlərində ifa etməklə yanaşı, notları da öyrənməyə çalışır.

Yuxarı sinif şagirdi olan Məsumə qrupuna “Səfirlərin mərhəməti” adını verib.

"Bu yaşda uşaqlar öz arzularının arxasınca getməlidir. Məktəbə gedib, təhsil almalıdır. Mən onların gözləri və üzlərində acı gördüyüm üçün onlara musiqi dərsləri verirəm."

Qrupdakı 15 uşaqdan biri,12 yaşlı Brişna müəlliminin yolu ilə gedəcəyinə ümid bəsləyir.

"Mən Kabil küçələri və ya başqa yerərdə musiqi ifa etməkdən qorxmuram. Musiqini sevirəm. Yaxşı bir musiqiçi olmaq mənim arzumdur. "

Özəl konsertlərdən əldə edilən gəlirin çoxu bu uşaqlara verilir.

"Mən oxuyanda uşaqların notları izləməsi ən sevindirici haldır" - deyə, Məsumə bildirib.

2018-ci ildə yaradılan bu qrupun musiqi ifacılığı fəaliyyətlərinin yalnız biridir. Konsertlərdən əlavə bu uşaqlar xususilə bomba hücumlarından sonra ictimai yerlədə çıxışlar edir.

Mühafizəkar bir ölkədə qızların bu fəaliyyəti olduqca qeyri-adi bir haldır. Burada Taliban bir zamanlar musiqini yasaqlamış, qərbsayaq mədəniyyət kəskin tənqid edilmişdi.

"Taliban bunu qəbul etməli, musiqiçilərin fəaliyyətinə mane olmamalıdır. Biz onlara yol verməyəcəyik" - deyə, Məsumə bildirib.

O, bir gün onun kimi əfqanların sənətkarlığa sevgilərini ifadə edə biləcəyinə ümid bəsləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG