Accessibility links

Əfqanıstanın şərqində partlayış nəticəsində azı səkkiz nəfər həlak olub


Əfqanıstanın şərqində bir neçə partlayış nəticəsində ən azı səkkiz mülki şəxs həlak olub, 40 nəfərdən çoxu isə yaralanıb.

Şərqi Nanqarhar vilayətinin sözçüsü Əttuallah Xoqyanai Amerikanın Səsinə bildirib ki, partlayışlar vilayətin paytaxtı Cəlalabad şəhərində, kriket matçı zamanı stadionda baş verib.

Xoqyanai deyib ki, üç partlayış stadionun içində yerli vaxtla 11:30 radələrində olub. Rəsmilər partlayıcı maddənin növünü hələlik müəyyən etməyiblər.

Heç bir qrup partlayışlara görə məsuliyyəti üzərinə götürməsə də, rəsmilər hücumun arxasında İslam Dövlətinin dayandığını şübhə edirlər. Terror qrupu daha öncə də oxşar hücumlar həyata keçirib.

XS
SM
MD
LG