Accessibility links

Əfqfanıstanda beynəlxalq koalisiyanın üç üzvü terror hücumu zamanı həlak olub



Əfqanıstanda polis forması geymiş şəxs NATO-nun ölkədə təhlükəsizlik qüvvələrinin üç üzvünü qətlə yetirib.

Kabildə birgə komandanlığın verdiyi məlumata görə, bazar günü ölkənin qərbində baş vermiş hücum zamanı müqavilə əsasında işləyən üç mülki şəxs həlak olub.

Son iki gün ərzində NATO-nun beş əsgərinin yol kənarında yerləşdirilmiş bomba partlayışı zamanı həlak olduğu bildirilir.

Alyans ölənlərin milliyyəti barədə açıqlama verməyib.

Yol kənarında yerləşdirilmiş bombalar Taliban üzvlərinin işlətdiyi əsas taktiki vasitələrdən biridir.
XS
SM
MD
LG