Accessibility links

Bu il Diffada 5 yaşdan aşağı 12000-ə qədər uşaq aclıq çəkir [Video]


Bu il Diffada 5 yaşdan aşağı 12000-ə qədər uşaq aclıq çəkir
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Şimal-şərqi Nigeriyada olduğu kimi, Nigerin də bir hissəsində Boko-Haram yaraqlıılarının səbəb olduğu ərzaq çatışmazlığı problemi yaşanır. Aclıq elan edilməsə də, çoxları üçün bu, reallıqdır.

Diffadan cəmi bir neçə km. məsafədə yerləşən Assaqa düşərgəsində yüzlərlə nigeriyalı qaçqın və aclıq ucbatından Nigerdən qaçanlar məskunlaşıb. Buradakı ac uşaqları asanlıqla görmək olar.

Bir yaşlı Mamadu halsız və acdır. Onun anası Çatu Çiva da acdır. Döşündəki azacıq südlə o, oğlunu doyura bilmir. “O doğulanda biz səhiyyə mərkəzinə gedirdik. O, 6 aya çatanda onlar ona fıstıq püresi verməyə başladı. Lakin o, çox zəifdir və yemək istəyir. Lakin mənim kifayət qədər südüm yoxdur” deyə, Çatu Çiva bildirir.

UNICEF-ə istinadən birldirilir ki, bu il Diffada 5 yaşdan aşağı 12 minə qədər uşaq aclıq çəkir. Onların çoxu Mustafa Saleyə məxsus “Güclü Qidalanma Mərkəzi”ndə müayinə olunmalıdır.

Bu həkim buraya hər gün gəlir. Onlardan bəziləri bu 2 yaşlı oğlan uşağı kimi, bir dəri, bir sümükdür. Onun çəkisi 5 kq. 600 qramdır. Mustafa Saley: “Onun haqqında nəsə demək hələ tezdir. O bir həftə əvvəl gəlib. Mən onu görəndə şok oldum. Bu uşaqlar kifayət qədər qida almır. Biz onları məcburi yedizdirməliyik.”

Buradakı acınacaqlı səhnə nəzərə alınmasa nə Diffada, nə də bütövlükdə Nigerdə aclıq yoxdur. Lakin buna baxmayaraq, Boko Haramın törətdiyi təhlükə Sahil regionunda yerləşən bu Afrika ölkəsində ərzaq çatışmazlığı probleminə səbəb olur.

Dünya Ərzaq Proqramına əsaslanaraq bildirilir ki, hazırda Nigerdə 15 milyona qədər insan ərzaq çatışmazlığı ilə üzləşir.

Assaqa düşərgəsindəki insanların dediyinə görə, son 4 ayda onlara ərzaq çatdırılmayıb. Onların artıq yeməyə heç nəyi yoxdur və Boko-Haramın Nigeriyanın şimal-şərq bölgəsində fəaliyyəti davam edincə onlar öz evlərinə geri dönə bilməzlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG