Accessibility links

Afrika mənşəli müsəlman amerikalılar


Horn 11-i sentyabr terror hadisələrindən sonra etimadsızlığın böyüdüyünü deyir

Ameirkanın şərqində yerləşən liman şəhəri Baltimora İslam dinini bundan 65 il əvvəl Afrika mənşəli amerikalılar gətirmişdi.

Polis zabiti Robert Horn Baltimorda islam təşkilatı ilə əlaqədədir. O bu günlərdə uşaqlara polislərin nə etdiklərini daha yaxşı anlamağa kömək etmək üçün əksəriyyətini afrikalı amerikalılar təşkil edən İslam məktəbinə gəlir. O, ərəbcə danışır, və uşaqlara ərəb sözləri öyrədir. Horn deyir ki, o, polislərin onların dostu olduqlarını göstərmək istəyir.

Robert Horn: `Mən sadəcə onlara xarici dil bilən və öyrəndikləri dili və mədəniyyəti başa düşən polislərin mövcud olduqlarını göstərmək istəyirəm.`

Horn bir çox rol oynadığını deyir.

Robert Horn: `Mən məsləhətçiyəm, sizin böyük qardaşınızam, mən müəlliməm, mən bunların cəmiyəm.`

Horn öz karyerasına Müsəlman İctimasının Mədəniyyət mərkəzinin yerləşdiyi məhəllədə keşik çəkməklə başladı. O oradakı insanlarla münasibətlərini inkişaf etdirdi və müsəlman dinini qəbul etdi.

İmam Earl əl-Amin deyir ki, Horn polislə afrika-amerika icması arasında münasibət yaratdı.

Horn ümumiyyətlə münasibətlərin yaxşı olduğunu, lakin 11 sentyabr terror hadisələrindən sonra etimadsızlığın artdığını deyir. O, müsəlmanları polisin onları hədəf almayacağına inandırdı.

Horn Baltimur polisinin İslam və müsəlmanlıq barədə məlumatlandıqlarını deyir. Horn ümid edir ki, O, polislə müsəlman afroamerikalılar, və əsasən də ictimayyətin gələcəyi olan cavan nəsil arasında boşluğu doldurmağa yardım edə bilib.

XS
SM
MD
LG