Prezident Vladimir Putinlə danışıqlar üçün Sankt Peterburqda səfərdə olan Afrika liderlərindən ibarət heyət bildirib ki, Ukraynada müharibə təkcə Rusiya və regiona təsir göstərmir, həm də dünyanın qalan hissəsinə də ziyan vurur. Qrup üzvləri Kreml rəhbərinə “sülhə gedən yol”u seçmək üçün aydın mesaj gətirdiklərini deyib.
“Bu müharibəyə son qoyulmalıdır...Bu, danışıqlar və diplomatik yollarla həll edilməlidir,” qrupa başçılıq edən Cənubi Afrika Prezidenti Kiril Ramafosa iyunun 17-də bildirib.
“Bu müharibə Afrika qitəsinə və dünya boyu çox sayda başqa ölkəyə mənfi təsir göstərir,” Ramafosa deyib. O bildirib ki, qrup iki tərəf arasında vasitəçi kimi işləməyə hazırdır.
Hazırda Afrika İttifaqına başçılıq edən Komoros Prezidenti Azali Assumani Putinə deyib ki, “biz bura sizi dinləməyə və sizin vasitəsinzlə Rusiya xalqının səsini duymağa gəlmişik.”
“Biz sizi Ukrayna ilə danışıqlara başlamağa həvəsləndirmək istəyirdik,” o deyib.
Ramafosa və Assumani ilə yanaşı Seneqal və Zambiyanın prezidenti, o cümlədən Misirib baş naziri və Konqo Respublikası və Uqandadan yüksək vəzifəli rəsmilərin daxil olduğu nümayəndə heyəti Rusiyanın ikinci ən bpyük şəhərində səfərdən öncə Ukraynaya gediblər. Oradan onlar iyunun 16-da Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıblar.
Ramafosa deyib ki, qrupun təklifləri daha öncə təqdim edilən digər təkliflərlə “rəqabətdə olmadığını” söyləyib ki, o, ehtimal ki, Zelenskinin Rusiyanın bütün Ukrayna ərazilərindən çıxmasını tələb edən planlarına istinad edir.
Ramafosa əlavə edib ki, Afrika ölkələri “hörmət edilməli olan BMT Nizamnaməsinə uyğun olaraq ölkələr və xalqların suverenliyini tanıyır.”
2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxilə edən və Ukrayna ərazisinin böyük bir hissəsini işğal edən Rusiya qüvvələrinə başçılıq edən Putin nümayəndə heyətinə bildirib ki, o, “Afrikalı dostların’ Ukrayna böhranına balanslı yanaşmalarını” alqışlayır və onların “münaqişəyə həll yolu tapmaqda olan maraqlarını” yüksək qiymətləndirir.
Dövlət TASS xəbər agentliyinin bildirdiyinə görə, o həmçinin “sülh istəyən hər kəslə konstruktiv dialoqa açıq” olduğunu deyib, baxmayaraq ki, Rusiya Kyiv və başqa ukrayna şəhərlərinə ölümcül havadan zərbələrini artırıb.
Afrika liderləri getdikcə daha çox narahat olurlar ki, uzun sürən müharibənin onların qitəsinə daha böyük təsir göstərəcək.
Afrika Rusiya və Ukraynadan taxıl və gübrə idxalından asılıdır və taxılın bahalaşması səbəbilə böyük zərbə alıb.
İyunun 16-da Kyivdə Afrika nümayəndə heyəti ilə birgə mətbuat konfransında Zelenski bir daha vurğulayıb ki, müharibənin hazırkı mərhələsində Rusiya ilə istənilən danışıqlar Rusiyanın xeyrinə olacaq.
Ramafosa müharibənin dərhal danışıqlar yolu ilə dayandırılmasını təklif edib və hər iki tərəfi “eskalasiyanı azaltmağa” çağırıb. Ancaq Ukrayna lideri bu ideyanı qətiyyətlə rədd edib.