Accessibility links

Qiymət üçün seks


Qiymət üçün seks
please wait
Embed

No media source currently available

0:00 0:02:42 0:00

BBC proqramı tərəfindən aparılan araşdırma göstərib ki, Qana Universiteti müəllimləri tələbələrə təcavüz edir və bəzən də yaxşı qiymət üçün cinsi əlaqəyə girməyi tələb edir. Fəallar universitetdəki cinsi istismarın yeni məsələ olmadığını deyir. Lakin onlar qalmaqalın daha çox qurbanı danışmağa ruhlandıracağına ümid edir.

Qana universitetində müəllimlərin tələbələrə təcavüzü ilə bağlı BBC təhqiqatındakı iddialara dair araşdırma aparılır.

Qanalı fəal Yucina Baffor araşdırmalara yardım edir. O deyir ki, sui-istifadə edənlər əksər hallarda bunun cəzasız qaldığı üçün davam edir. Lakin o deyir ki, belə hallar daha çox qurbanın danışmasına səbəb olur. "Ortaya çıxan hekayələr yaxşı nəticə verdi. Bu, bir çox qurbana təcavüzkarları haqda danışmaq üçün cəsarət və güc verdi. Bu, bir qurban olaraq susmağa məcbur edilərkən, doğru bir addım idi."

BBC-nin ilk dəfə olaraq xəbər verdiyi kimi, Qərbi Afrika universitetlərində müəllimlər tərəfindən cinsi təcavüzlə bağlı iddialar artmaqdadır.

Qana Universitetinin "Cinsi Zorakılıq Əleyhinə Komitə"si iddiaları rədd edən iki şübhəlini araşdırır. Komitənın rəhbəri Marqaret Amoakohene qurbanlarla bağlı məlumatların artdığını, lakin təcavüzə məruz qalan tələbələrin irəli çıxıb bu haqda danışmalı olduqlarını deyir. "Bizim istədiyimiz odur ki, onlar hər hansı bir alçaqlığa, hər hansı bir təcavüzə dözməsinlər. Bu məsuliyyəti biz öz üzərimizə götürürük. Bizə bir dəfə məlumat verməklə 'bu yükü sizin üzərinizə qoyuruq' demilş olursunuz. Bunu edin. Və biz bunu edə biləcəyik. Amma bunu deməyib, özünüzdə saxlasanız, günahkar cəzasız qalacaq."

Universitetin "Tələbə Nümayəndələr Şurası"nın Qadınlar üzrə Komissarı Avurakua Nyorko tələbələrə qarşı təcavüz iddialarının narahatedici olsa da, yeni olmadığını deyir. O, bu qalmaqalın universitetin siyasəti ilə tanış olmayan yeni tələbələrə təcavüz barədə xəbər verməli olduqlarına dair yol göstərəcəyinə ümid etdiyini deyir. "Biz hesab edirik ki,uzun illər hadisə qurbanlarının tələbə şurasına yaxınlaşması və baş verən hadisələr haqda məlumat verməsi üçün şərait yaradılmayıb. Buna görə də biz bunun üçün şərait yaradırıq."

Bu arada isə "Tələbə Şurası" cinsi təcavüz qurbanlarını dəstək və müəllimlərə tələbələrlə davranışlar barədə maarifləndirmə kampaniyasına başlayır.

XS
SM
MD
LG