Accessibility links

Afrikada hakimiyyət dəyişiklikləri ümid və nigaranlığa səbəb olub


Afrikada hakimiyyət dəyişiklikləri ümid və nigaranlığa səbəb olub
please wait

No media source currently available

0:00 0:02:33 0:00

2018-ci ildə Cənubi Afrika və Efiopiyada ölkə liderləri hakimiyyətdən getdi. Zimbabvedə sabiq prezident Robert Muqabenin 37 illik hakimiyyətindən sonra yeni lider seçildi. Bundan əlavə Liberiya, Syerra Leone və Malidə də dinc hakimiyyət dəyişiklikləri baş verdi. Lakin bir çoxları bunun ruhlandırıcı bir trend olduğunu düşünsə də, bəzi digər ölkələrdə bunun tam tərsi baş verir. Orada ölkələri dünyanın ən uzun müddət hakimiyyətdə olan liderləri idarə edir.

ABŞ-ın Afrika İttifaqındakı keçmiş səfiri Ruben Briceti deyir ki, 2018-ci ildə Efiopiyada daha öncə görünməmiş siyasi dəyişiklik baş verib.

Demokratik olmasa da, hakimiyyət dəyişikliyi oldu. Hər hansı dəyişiklik heç bir dəyişikliyin olmamasından daha yaxşıdır, xüsusilə də bu, konstitusiyaya uyğun şəkildə olursa.
Ken Opalo

“Sabiq baş nazir Hayleməryamın könüllü olaraq hakimiyyətdən getməklə bağlı tarixi qərarı daha öncə Efipopiyada görünməmiş bir hal idi və hazırkı baş nazir Dr. Abiy Əhmədin hakimiyyətə gəlməsinə yol açdı. O bir sıra mühüm siyasi islahatlar edib. Buna siyasi məhbusların azadlığa buraxmaqdan tutmuş Efiopiya tarixində ilk qadın prezidenti təyin etməyə kimi bir sıra addımlar daxildir”, o söyləyir.

Afrikanın əhalisinə görə ikinci ən böyük ölkəsi 20 il davam edən düşmənçilikdən sonra qonşu Eritreya ilə barışıq elan etdi.

Lakin BMT agentliklərinin verdiyi məlumata görə, Efiopiyanın cənubunda aprel ayında başlayan qarşıdurmalar nəticəsində təxminən bir milyon insan didərgin düşüb.

Zimbabvedə prezident Robert Muqabenin 2017-ci ildə zorla hakimiyyətdən devrilməsi bu il orada seçkilərin keçirilməsinə gətirib çıxardı.

“Demokratik olmasa da, hakimiyyət dəyişikliyi oldu. Hər hansı dəyişiklik heç bir dəyişikliyin olmamasından daha yaxşıdır, xüsusilə də bu, konstitusiyaya uyğun şəkildə olursa. Zanu-PF də bunun demokratik hakimiyyət dəyişikliyi olduğunu göstərmək üçün bir çox çətinlik çəkdi” - deyə, Corctaun Universitetinin Afrika Siyasəti üzrə professoru Ken Opalo bildirir.

Seçkidə Muqabenin uzun müddət müttəfiqi olmuş prezident Emerson Mnanqaqva qalib gəldi. Bu isə hakimiyyətin həqiqətən də dəyişib-dəyişmədiyinə dair suallar yaratdı.

“Fikrimcə, Mozambik və Anqolada şahid olduğumuz kimi, hər hansı hakimiyyət dəyişikliyi yaxşıdır, çünki yeni idarəçilər özlərinə məxsus və müstəqil olmaq istəyirlər və bu səbəbdən də hazırda Anqolada olduğu kimi, onlar öncəki rejimə uyğun olmayan islahatlar həyata keçirəcəklər” Opalo söyləyir.

Mugabe, Mnangagva
Mugabe, Mnangagva

Bu il artıq sona çatdığı bir vaxt, diqqət Konqo Demokratik Respublikasına yönəlir. Orada dekabrın 23-də seçkilər keçiriləcək.

“Əgər bu seçki uğurlu keçsə, bu böyük irəlilyəş olacaq, çünki oradakı uğur Nigeriya, Keniya və Tanzaniyadakı bənzər trenldlərlə birləşəcək”, Brukinqs İnstitutundan Maykl O’Hanlon deyir.

Demokratiya yolundakı trendlər ruhlandırıcı olsa da, Konqo, Ekvatorial Qvineya, Kamerun, Uqanda və Sudan kimi ölkələrdə Afrikanın ən uzun müddət vəzifədə olan prezidentləri hakimiyyətdədir. Məsələn Ekvatorial Qvineyanın prezidenti Teodoro Obianq Nguema Mbasoqo 2019-cu ildə hakimiyyətdəki 40-cı ilini qeyd edəcək.

XS
SM
MD
LG