Accessibility links

Afrikada siklonun fəsadları diqqət mərkəzindədir


Dünya Ərzaq Proqramı Təşkilatının direktoru Devid Bisli Mozambikə səfər edir. Səfərin məqsədi Mozambik, Zimbabve və Malavini vuran təbii fəlakətin fəsadlarına diqqət çəkməkdir.

BMT İdai siklonunun təsirlərinə məruz qalanlara yardım üçün 282 milyon dollara ehtiyac olduğunu bildirib.

Siklonun yaratdığı güclü yağış və külək bu 3 Afrika ölkəsində azı 750 nəfərin ölümünə səbəb olub. Yüz minlərlə insan evsiz qalıb.

Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri 200 mindən çox insana 30.5 milyon dollarlıq yardım üçün dünya ictimaiyyətinə müraciət edib.

ABŞ Müdafiə Nazirliyi Mozambik üçün 6.5 milyon dollarlıq humanitar yardım ayırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Fransa etirazlarında Bordeaux bələdiyyə binası yandırılıb
please wait

No media source currently available

0:00 0:11:06 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG