Accessibility links

Afrində bomba partlayışı azı beş nəfərin ölümünə səbəb olub


Şənbə günü Suriyanın şimalında yerləşən Afrin şəhərində maşın bombasının partlaması nəticəsində azı beş nəfər ölüb, onlarla insan yaralanıb. Bu barədə Türkiyə Müdafiə Nazirliyi və yerli mülki müdafiə qrupları məlumat veriblər.

Nazirliy yaydığı bəyanatda bomba hücumunun şəhərin mərkəzindəki sənaye ərazisində baş verdiyini və 22 nəfərin xəsarət alması ilə nəticələndiyini bildirib. Nazirlik hücuma görə suriyalı kürd YPG yarı-hərbi dəstəsini günahlandırıb. YPG buna dərhal münasibət bildirməyib.

Tükiyə YPG-ni öz sərhədləri daxilində fəaliyyət göstərən PKK ilə əlaqəsi olan terrorçu qrup hesab edir və qrupu Türkiyə sərhədindən uzaqlaşdırmaq üçün suriyalı üsyançılara dəstək məqsədilə Suriyaya hərbi müdaxilə edib. Hazırda Ankaranın ərazidə böyük hərbi mövcudluğu var və üsyançıların son aklavında minlərlə qoşun yerləşdirib.

Yerli mülki müdafiə qruöu deyib ki, bombanın partlaması nəticəsində ölənlərin sayı altıya çatıb. Onlar arasında uşaqlar da var.

XS
SM
MD
LG