Accessibility links

Afro-amerikalı qadını öldürən polis zabiti həbs edilib


Birləşmiş Ştatların cənub-qərbi Texas ştatında afro-amerikalı qadını öz evində güllə ilə vurub öldürən polis zabitinə qarşı qətl ittihamı irəli sürülüb.

Aron Din bazar ertəsi Fort Worth polis idarəsindəki işindən istefa verdikdən bir neçə saat sonra həbs edilib. Din Fort Worthda 2018-ci ilin aprelindən işləyirdi.

Ağdərili polis zabiti Aron Din 28 yaşlı Atatiana Ceffersonu qonşularından birinin Ceffersonun qapısının açıq olduğunu bildirmək üçün polisə zəng etdikdən sonra pəncərəsindən vuraraq öldürüb.

Polis Ceffersonun evdə 8 yaşlı qardaşı oğlu ilə birlikdə olduğunu bildirib. Polis tərəfindən yayımlanan video görüntülərdə Ceffersonun evinin ətrafında fənərlərlə axtarış aparan iki zabitdən birinin açıq pəncərəyə doğru getdiyini görmək olur.

Fort Worth Polis İdarəsinin həftəsonu verdiyi açıqlamasında polis zabitinin pəncərədən içəridə kimisə gördüyü və atəşi "təhdid edildikdən sonra" açdığı söyləyib.

Ceffersonun ailəsi polis zabiti Din və Fort Worth Polis İdarəsi ilə bağlı müstəqil araşdırma aparılmasını tələb edir.

XS
SM
MD
LG