Accessibility links

Güneyli milli fəal Əfşar Muhib müvəqqəti azadlığa buraxılıb


Əfşar Muhib
Əfşar Muhib

Güneyli fəal Əfşar Mühib Ərdəbil Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.

Bu barədə bölgədə fəaliyyət göstərən hüquq müdafiəçiləri məlumat yayıb.

Yanvarın 19-da milli fəal Əfşar Mühib 50 milyon tümənlik girov müqabilində müvəqqəti olaraq məhkəmənin son qərarına qədər sərbəst buraxılıb.

Ərdəbil şəhərinin sakini olan Əfşar Mühib ötən ilin dekabr ayının 22-də Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 3-cü şöbəsinə müraciət edib və mühakimə olunduqdan sonra Ərdəbil Mərkəzi Həbsxanasına köçürülmüşdü.

Əfşar Mühibə məhkəmə tərəfindən "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı irəli sürülüb.

Mühib həbsxanaya köçürüldükdən sonra məhkəmə müstəntiqi onun müvəqqəti azadlığa buraxılması tələbinə qarşı çıxdığı üçün aclıq aksiyasına başlamışdı.

Milli fəal Əfşar Mühib yanvarın 5-də başladığı aclıq aksiyasından 3 gün sonra rəsmilərin müvəqqəti azadlığa buraxılma ilə bağlı verdikləri vədlərə görə aksiyasına son vermişdi.

Əfşar Muhib hal-hazırda ona qarşı qaldırılan iddia ilə əlaqədar ötən ilin yanvar ayının 24-də İran hökumətinin Kəşfiyyat agentləri tərəfindən həbs edilib və nəzarət altına alınmışdı.

O indiyədək dəfələrlə apardığı dinc fəaliyyətləri ilə əlaqədar İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və fərqli ittihamlarla mühakimə olunub.

XS
SM
MD
LG