Accessibility links

İsrail yüzlərlə Ağ Dəbilqəlini Suriyadan evakuasiya edir [Video]


İsrail yüzlərlə Ağ Dəbilqəlini Suriyadan evakuasiya edir
please wait

No media source currently available

0:00 0:02:09 0:00

İsrail yüzlərlə Ağ Dəbilqəlini Suriyadan evakuasiya edir

Ağ Dəbilqəlilər qrupu Suriyanın müharibə bölgələrində minlərlə insanın xilas edilməsinə kömək edib. Ancaq Rusiya və İran tərəfindən dəstəklənən Bəşər Əsəd höküməti qrupun üsyançı və terroristlərlə əlaqələri olduğunu bildirir.

"Ağ Dəbilqəlilər adlanan qrup istila edənlər tərəfindən istifadə olunurdu. İndi onlar mğlub olduğu üçün geri çəkilirlər. Bu həm də Suriya ordusunun qələbəsinin bir parçasıdır.'' - deyə, suriyalı qanunverici Xalid Abboud bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü bildirib ki, humanitar bir jest olaraq dünən gecə evakuasiyaya icazə verib.


"Bununla bərabər, İranın Suriyada hərbi mövqelərini qurma cəhdlərinə qarşı biz oradakı fəaliyyətimizi davam etdirəcəyik. Biz cənubda da fəaliyyət göstəririk. Bu həftə biz Həmasa ciddi zərbələr endirdik və lazım olarsa indikindən 7 qat artığını da edə bilərik.'' - deyə, cənab Netanyahu qeyd edib.

Netanyahu İranı Suriyada öz mövqelərini gücləndirməkdə günahlandırır. Bunun da Həmasın Qəzza zolağından İsrailə qarşı təşkil etdiyi hücuma bənzər hücumlara səbəb ola biləcəyini bildirir. Rəsmi Tehran Suriyada hər hansı bir baza sahib olduğunu inkar edib. Ancaq İranın bölgədə təsirini gücləndirmə səyləri ilə bağlı geniş narahatlıqlar mövcüddur.

Ağ Dəbilqəlilərin evakuasiya edilməsi İsrailin Suriya müharibəsinə ilk müdaxiləsi idi. Könüllülər və onların ailələri "həyatlarına təhlükə" səbəbiylə'' ABŞ, Kanada və İngiltərəyə köçürüləcəklərini gözləmək üçün İordaniyadakı xüsusi əraziyə yerləşdiriləcəklər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG