Accessibility links

Şübhəli şəxs maşınını Ağ Evin yanında baryerə çırpıb


ABŞ-ın Gizli Xidmət idarəsi cümə günü bir maşının Ağ Evin təhlükəsizlik baryerinə çırpıldığını və maşının sürücüsünün dərhal həbs olunduğunu bildirib.

İdarə bəyanatında sürücünün Tennessi ştatının La Verqne şəhərində yaşayan 35 yaşlı bir qadın olduğunu bildirib.

Rəsmilər cümə qadına qarşı açıqlanmayan cinayət pozuntuları ilə bağlı ittihamlar irəli sürüldüyünü və onun Kolumbiya Mahalı polis idarəsinə təhvil verildiyini bildirib. Mahal polisi isə şübhəli şəxsin Cessika R. Ford olduğunu deyib.

Gizli Xidmət idarəsi Fordun daha öncə də Ağ Ev ətrafında müxtəlif cinayət pozuntuları etdiyinə görə bir neçə dəfə həbs olunduğunu bildirib.

Maşın baryerə dəyəndən sonra Ağ Ev-ə bir saat boyunca giriş və çıxış bağlanıb. Gizli Xidmətin verdiyi məlumata görə, maşın Ağ Evin təhlükəsizlik baryerini keçməyib və insident zamanı nə silahdan atəş açılıb, nə də təhlükəsizlik xidməti işçiləri xəsarət alıb.

Şahidlər forma geyinmiş agentlərin postlarına qaçdığını və Ağ Ev ətrafındakı yolların bağlandığını deyir.

Tramp cümə Twitter-də Gizli Xidməti alqışlayıb: “Birləşmiş Ştatların Gizli Xidmətinə vəzifələrini yaxşı yerinə yetirdiklərinə görə təşəkkür edirəm,” deyə o yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG