Accessibility links

Ağ Ev Hillari Klinton və Obama arasında email yazışmalarının açıqlanmasına icazə verilməyəcəyini bildirib


Ağ Ev rəsmiləri prezident Barak Obama və keçmiş Dövlət katibi Hillari Klinton arasında email yazışmalarının ictimiayyət üçün açıqlanmasına icazə verilməyəcəyini bildiriblər.

Adının açıqlanmadığı Ağ Ev rəsmisi deyib ki, email yazışmalarının açıqlanması prezidentin vəzifədə olduğu müddətdə onun yazışmalarının məxfiliyinə dair uzun müddətdir mövcud ənənənin pozulması demək olacaq.

"Bu, əvvəllər Ağ Evdə ciddi şəkildə müdafiə edilən bir prinsipdir, belə ki, przidentin vəzifədə olduğu müddətdə məsləhət və tövsiyələr ala bilməsini təmin edir və icraedici hakimiyyətin müstəqil funksiya göstərməsinin əsasını təşkil edir"-deyə ABŞ rəsmisi bildirib.

Ağ Ev prezident Obamanın 2017-ci ildə vəzifəsindən gedəcəyi müddətə qədər emal yazışmalarını məxfi saxlanılacağını bildirib. Prezident Barak Obama və keçmiş dövlət katibi Hillari Klinton arasında email yazışmalarının dəqiq sayı bilinmir.

Dövlət Departamenti Hillari Klintonun dövlət katibi olduğu müddətdə göndərdiyi və aldığı 55 mindən çox emaili ictimaiyyət üçün açıqlayıb. Bu emaillərin bəzisi məxfi kimi klassifikasiya olunub və saxlanıb.

Hillari Klinton 2016-cı il ABŞ prezident seçkilərində Demokrat partiyasından namizədlər arasında irəlidə gedir. O, ABŞ dövlət katibi olduğu müddətdə özəl və rəsmi yazışmalarında şəxsi email hesabından istifadə edib.

Hillari Klinton qərarını müdafiə edərək, bir serverdən istifadə etməyin daha münasib olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG