Accessibility links

Ağ Ev: Obama-Putin sammitinin taleyi yaxın günlərdə müəyyən olacaq



Ağ Ev prezident Obamanın sentyabr ayında Moskvada sammitdə iştirak edib-etməyəcəyini yaxın zamanlarda elan edəcək. Bu açıqlamanı Ağ Evin sözçüsü Cey Karni mətbuat üçün brifinq zamanı verib.

“Biz sammitin nə dərəcədə faydalı olub-olmayacağını müəyyən etməyə çalışırıq. Yaxın günlərdə məsələ ilə bağlı açıqlama veriləcəyini gözləmək olar”-deyə Cey Karni jurnalistlərə bildirib.

ABŞ Rusiyanın Milli Kəşfiyyat Agentliyinin keçmiş kontraktoru Edvard Snoudenə müvəqqəti sığınacaq verməsini narazılıqla qarşılayıb. Prezident Obama prezident Putinə zəng edərək, ABŞ-da casusluq ittihamlarının irəli sürüldüyü Snoudenin təhvil verilməsini istəyib. Rusiya prezidenti onu təhvil verməkdən imtina edib.

ABŞ prezidentinin Sank-Peterburqda Böyük 20-lərin sammitinə qatılacağı gözlənilir. Ağ Evin sözçüsü Cey Karni keçən həftə bildirib ki, prezident Obama sammitdə iştirak etməyi planlaşdırır, lakin Moskvada prezident Putinlə görüş məsələsini yenidən nəzərdən keçirir. Obama-Putin zirvə görüşü ABŞ prezidentinin Rusiyaya səfəri çərçivəsində baş tuta bilər.
XS
SM
MD
LG