Accessibility links

Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi haqqında düşünür


Ağ Evin yüksək vəzifəli rəsmiləri deyirlər ki, Tramp administrasiyası 2016 prezident seçkilərinə müdaxiləyə görə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq edilməsi haqqında düşünür.

Bu elan demokatların və respublikaçıların Konqres tərəfindən artıq təsdiq edilmiş sanksiyaların prezident Tramp tərəfindən tətbiq edilməli olduğu haqqında tənqidlərin səsləndiyi bir vaxt verilib.

Rəsmilər bildirirlər ki, sanksiyalar prosesi hüquqi səbəblərə görə ləng gedir və administrasiya pis başlıqlara və tənqidlərə reaksiya verə bilməz.

Bu müzakirələr Milli Kəşfiyyat İdarəsinin direktoru Dan Kotsun keçən həftə qanunvericilərə Rusiyanın noyabr seçkilərini hədəfə almaq niyyəti haqqında məlumat verməsindən sonra açılıb.

Prezident hələ ki, seçkiyə müdaxilə ilə bağllı Moskvanı tənqid etməyib.

XS
SM
MD
LG