Accessibility links

Ağ Ev Şimali Koreya ilə danışıqlarda nüvəsizləşdirilməni başlıca məqsəd hesab edir


Ağ Evin mətbuat katibi Sara Hakaabi Sanders
Ağ Evin mətbuat katibi Sara Hakaabi Sanders

Ağ Ev bazar ertəsi günü bəyan edib ki, prezident Donald Trampın Şimali Koreya ilə hər hansı danışıqlarda başlıca məqsəd Pxenyanın nüvəsizləşdirilməsindən ibarətdir.

“Onlar artıq bəzi addımlar atıblar ki, biz bunu tərəqqi hesab edirik. Lakin biz tamamilə yəqin bilirik ki, qarşıda uzun yol var və biz irəliyə yolu davam etdirəcəyik”, Ağ Evin mətbuat katibi Sara Hakaabi Sanders bildirib.

Amma biz sanksiyaların yüngülləşdirilməsinə başlamaq üçün bundan daha artıq iş görüldüyünü görmək istəyirik.
Sara Hakabi Sanders

O, müxbirlərə deyib ki, “maksimum təzyiq kampaniyasını davam etdirəcəyik. Biz nüvəsizləşdirilmə istiqamətində real və konkret addımların atıldığını görməliyik, amma mən prezidentin keçirəcəyi müzakirələrdən əvvəl açıqlamalar vermək istəmirəm.”

Sanders bildirib ki, Şimali Koreya lideri Kim Yonq Unun bu yaxnnlarda nüvə silahları testləri və ballistik raket sınaqlarını dayandırmasını elan etməsi “düzgün istiqamətdə atılmış bir addımdır. “Amma biz sanksiyaların yüngülləşdirilməsinə başlamaq üçün bundan daha artıq iş görüldüyünü görmək istəyirik”, o əlavə edib.

Şimali Koreya lideri Kin Yonq Un hərbi parad zamanı
Şimali Koreya lideri Kin Yonq Un hərbi parad zamanı

Prezident Tramp bazar günü bildirib ki, Birləşmiş Ştatlar onun Şimali Koreya lideri ilə görüşündən əvvəl heç bir güzəştə getmədiyi halda, Pxenyan artıq nüvə silahlarının inkişaf etdirilməsini dayandırır.

Amerika lideri Twitter səhifəsindəki mesajında yazıb: “Biz heç bir güzəştə getməmişik və onlar artıq nüvəsizləşdirilməyə (Dünya üçün çox yaxşıdır), obyektin bağlanması və artıq sınaq keçirməməyə razı olub!”

Lakin Tramp etiraf edib ki, onun Şimali Koreya lideri ilə mayın sonunda, ya da iyunun əvvəlində baş tutacağı gözlənilən danışıqlarının nəticəsi qeyri-müəyyəndir. Pxenyan nüvə arsenalının aradan qaldırılmasına və Trampın iddia etməsinə baxmayaraq, Koreya yarımadasının daimi nüvəsizləşdirilməsinə hələ razı olmayıb.

Cənubi Koreyanın bildirdiyinə görə, Şimali Koreya nüvə silahlarlarının aradan qaldırılmasında maraqlı olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG