Accessibility links

Ağ Ev Tramp və Ərdoğan arasında telefon söhbətini məhsuldar adlandırıb


ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti aparıb. Telefon söhbəti Trampın əhalisinin əsas hissəsi müsəlman olan yeddi ölkədən səfərlərə müvəqqəti qadağa qoyulduğu mübahicəli sərəncamından sonra baş tutub.

Ağ Ev açıqladığı qısa bəyanatda ABŞ və Türkiyə prezidenləri arasında telefon söhbəti məhsuldar kimi dəyərləndirilib. Ərdoğan adətən müsəlmanlara qarşı ədalətsizlik və islamofobiyaya qarşı ilk çıxış edənlər arasında olsa da, təhlilçilər bu dəfə Türkiyə liderinin ona məxsus olmayan bir tərzdə susduğunu qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

İstanbulda Kadir Has universitetində beynəlxalq məsələlər üzrə təhlilçi Soli Özel: “Trampla söhbət zamanı qulaqbatırıcı bir sakitlik. Mən onun tərəfdarı olsaydım, deyərdim ki, çox narazı qalmışam. Lakin tamamilə aydındır ki, onlar Trampı qəzəbləndirmək istəmir, onların Trampdan gözləntiləri var. Trampla da bilirsiniz ki, bunun qarşılığı olacaq. Ona görə də onlar susur.”

Ərdoğanın əsas gözləntilərindən biri ABŞ hərbi qüvvələrinin Suriya kürdlərinin PYD qrupuna dəstəyə son qoymasından ibarətdir. Qrupun qanadı olan YPG hazırda Suriyada İslam Dövləti qrupunun paytaxt elan etdiyi Raqqa şəhərinin azad edilməsi uğrunda döyüşlərin önündə gedir. Keçən ay Pentaqon YPG də daxil olmaqla koalisiyanı hərbi maşınlarla təchiz edib. Bu addım Ankarada həyəcanla qarşılanıb. Rəsmi Ankara Suriya kürdlərinin qrupunu Türkiyə hökuməti ilə kürd azlığa daha geniş haqlar verilməsi uğrunda silahlı mübarizə aparan Kürdüstan Fəhlə Partiyası-PKK ilə əlaqələrdə ittiham edir.

ABŞ-ın dəstəklədiyi döyüşçülər Raqqa yaxınlığında İŞİD-ə qarşı döyüşlər zamanı mövqe tutur
ABŞ-ın dəstəklədiyi döyüşçülər Raqqa yaxınlığında İŞİD-ə qarşı döyüşlər zamanı mövqe tutur

Brüsseldə Karnegi institunda təhlilçi Sinan Ulgen: “Əgər ABŞ administrasiyası özünün ilk günlərində PYD-ni silahla təchiz etsə, bununla tamamilə yəqindir ki, Ankaraya qeyri-dost mesajı göndəriləcək və ikitərəfli münasibətlərin necə inkişaf edəcəyini başa düşmək olduqca vacibdir.”

Türkiyə prezidentinə yaxın mənbələrin yerli mediaya verdiyi məlumata əsasən, hər iki lider Raqqanın və Türkiyə silahlı qüvvələrinin İslam Dövləti qrupundan azad etmək üçün döyüşdüyü Əl-Bəb şəhərinin ələ keçirilməsi əməliyyatlarında əməkdaşlığa dair razılıq əldə edib. Yeni mənbələrə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Mayk Pompeo cümə axşamı günü Türkiyəyə səfər edəcək.

Əgər ABŞ administrasiyası özünün ilk günlərində PYD-ni silahla təchiz etsə, bununla tamamilə yəqindir ki, Ankaraya qeyri-dost mesajı göndəriləcək.
Sinan Ulgen

CIA direktorunun Türkiyəyə səfərinin gündəmində ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin olacağı barədə məlumat verilir. Ankara Güləni keçən il iyul ayında dövlət çevrilişi cəhdinin arxasında durmaqda ittiham edərək, onun ekstradisiyasını tələb edir. Ekspertlər xəbərdarlıq edir ki, esktradisiya məsələsi məhkəmələrdən asılıdır və proses nəticədən asılı olmayaraq bir neçə ay və hətta bir neçə il sürə bilər. Ankara eyni zamanda, Gülənin həbsi, ya da ev dustağı kimi saxlanması, habelə onun davamçıları və geniş biznes şəbəkəsinin fəaliyyətlərinə nəzarət edilməsində əməkdaşlıq üçün təzyiq göstərir.

Təhlilçilərin fikrincə, ABŞ hərbi təyyarələrinin İŞİD-ə qarşı əməliyyatlarda Türkiyənin hərbi hava bazasından istifadə etməsilə Ankara Vaşinqtonla əlaqələrdə məhdud da olsa, müəyyən imkanlara malikdir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG