Accessibility links

Ağ Evin mətbuat katibi istefa verdi


Ağ Evin mətbuat katibi Şon Spayser vəzifəsindən istefa verib.

Mediaya yaxın mənbələrin bildiridiyinə görə onun qərarı Ağ Evin kommunikasiya üzrə yeni direktoru Antoni Skaramuççinin təyinə ilə bağlı olub. Belə ki, Prezident Donald Trampın Nyu Yorkdan olan maliyyəçi Skaramuççiyə vəzifəni təklif etməsindən az sonra Spayser istefa verdiyini bəyan edib.

Şon Spayser vəzifəsində cəmi 182 gün davam gətirib.

Spayserin press brifinqləri televiziya və mediada iri auditoriyalar cəlb edirdi. Bu yaxınlarda onun müavini Sarah Hakabi Sanders əksər brifinqləri keçirməyə başlamışdı, və bunların çoxunda videokameralara icazə verilmirdi.

Spayserin Ağ Evdəki statusu ətrafında uzun müddətdir ki, söz-söhbət dolaşırdı.
Spayser ilkin olaraq yenicə quraşdırılan kommunikasiya əməliyyatına rəhbərlik etməli idi. Deyilənə görə həmin strukturdakı yeni kommunikasiya direktoru ona tabe olmalı idi.

Sözçünün istefası Rusiyanın seçkilərə müdaxilə ilə bağlı təhqiqatın media gündəmində başlıca yer aldığı vaxta təsadüf edir.

Antoni Skaramuççi Donald Trampın baş müşaviri qismində fəaliyyət göstərib.
Antoni Skaramuççi Donald Trampın baş müşaviri qismində fəaliyyət göstərib.

Spayser bu müddətdə Prezident Trampı müdafiə edib, lakin son həftələrdə aşağı profil saxlamağa çalışıb.

Şon Spayser vəzifəsində cəmi 182 gün davam gətirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG