Accessibility links

İki əsgərin taleyi [Video]


İki əsgərin taleyi
please wait
Embed

No media source currently available

0:00 0:02:38 0:00

Əlillik insanın həyatını tamamilə dəyişə bilər. Bu, xüsusilə də Birləşmiş Ştatların hərbi xidmətdə olduğu zaman yaralanan üzvlərinə aiddir. Amma yaralı amerikalı əsgərlər üçün mövcud olan tibbi və rehabilitasiya yardımları onların qarşılaşdıqları yeni çətinliklərlə mübarizə edə bilməsi və cəmiyyətə yenidən inteqrasiya yollarını tapmasına yardım edə bilir. Lakin yaralanan və əlil olan Əfqanıstan əsgərləri haqda bunu demək mümkün deyil.

Günəşli bir gün idi. Birləşmiş Ştatlar ordusunun çavuşu Conni Cons Helmənd vilayətində patrul xidmətində idi. Birdən … yerə basdırılmış bombanın partlaması Birləşmiş Ştatlar Hərbi Dəniz Piyadası əsgərinin həyatını həmişəlik dəyişdi. Dostlarının “Coy” adlandırdıqları əsgər hər iki ayağını itirdi. “Mən Almaniyada ayılanda, dərhal düşündüm ki, “dizlərim varmı?”. Çünki dizdən aşağı ayağını itirən insanlar çox şey edə bilir. Əgər sənin heç olmasa bir dizin varsa, bunun fərqi böyükdür. Lakin tibb bacısı mənə doğrunu söyləri, dedi ki, dizlərim yoxdur. O, mənə sağlam olduğumu və yenidən gəzə biləcəyimi dedi.” deyə, Conni Cons bildirir.

Coy Hərbi Dəniz Piyadaları Ordusunda, 7 ay süpürgəçilik də daxil edilməklə, İraq və Əfqanıstanda 8 il xidmət edib. Yaralandıqdan sonra Birləşmiş Ştatlar hökuməti Conni Consa tibbi yardım, təhsil və evlə təmin edilməsi üçün maddi yardım edib. Lakin Amerika əsgərləri ilə birgə döyüşən əfqan əsgərlərin hekayəsi başqadır.

Corciya ştatının Atlanta şəhərində Cons və onun ailəsini ziyarət edən Amerikanın Səsinin işçiləri ona Əfqanıstanda döyüşdə əlil olan əfqan əsgərin şəklini göstərib.

Rəfiulla Kunari ayaqlarını Fəryav əyalətində itirib. Hazırda o, mexanikdir və hər gün yenidən gəzə bilməsi üçün dua edir. Rəfiulla Kunari: “Günlərin birində kiminsə mənə o çavuş kimi ayaqlarım üstündə dura bilməm üçün yardım etməsini arzu edirəm. Mən onun yerində olsaydım, çox sayda problemlərimi həll edərdim.”

Əfqan rəsmilərindən biri deyir ki, hərbi qulluqçular hökumətdən təqaüd almalıdır. Lakin Rəfiulla bu vaxta qədər heç bir yardım almadığını deyir.

Coy - Conni Cons özünü qurban verən və sonradan öz qayğılarına qalmalı olan əfqan əsgərlərinə hörmət etdiyini deyir. “Rəfiullanı və ona mənə verilən imkanların verilməməsini görmək həm ruhlandırıcı, həm də ürəkağrıdandır. Lakin mən onu deyə bilərəm ki, o hələ də mənə ilham verir. Onun çəkdiyi əzablara baxmayaraq, o yaşamağa dilənçilik etmədən davam edir. Siz onun döyüşçü olduğunu gözlərində görə bilərsiniz.”

Coy Cons və Rəfiulla Kumari eyni döyüşün əsgərləridir. Onların hər biri ordudan kənar həyata yeni çətinliklərə uyğunlaşmağa çalışır.

XS
SM
MD
LG