Accessibility links

Urmiyəli rejissorun “Ağı” filmi Kann kino-festivalında nümayiş etdiriləcək


İran xəbər agentlikləri urmiyəli kinorejissor Yusuf Kargərin “Ağı” filminin 2015-ci il Beynəlxalq Kann kinofestivalının qısametrajlı filmlər kateqoriyasında müsabiqədə nümayiş etdiriləcəyini bildirib.

Cannes Court Métrage saytına istinadən, Kann kino-festivalının qısametrajlı filmlər kateqoriyasında müsabiqə bu filmlərin istehsalı, yayımı və reklamı ilə məşğul olan peşəkarlar arasında əlaqə yaratmaq məqsədi ilə keçirilir.

Kinofestivalın veb səhifəsinin kataloqunda dərc edilən məlumata görə, dram janrında çəkilmiş "Ağı" filmi 29 dəqiqə davam edir.

Mehr xəbər agentliyinin yazdığına görə, Kargərin “Gecə üçün bir mərsiyə” adlı digər filmi ötən illərdə bir neçə beynəlxalq festivalda mükafatlar qazanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG