Accessibility links

Ağıllı pəncərələr [Video]


Ağıllı pəncərələr
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Günəş enerjisi gələcəyin dalğası hesab olunur. Lakin gələcəkdə günəş panelləri ilə örtülü damlar əvəzinə günəşdən enerji yığıb, sizə enerjiyə qənaət etməyə artıq evinizin pəncələri yardım edəcək.

Yeni günəş texnologiyası pəncərələrin funksiyasını dəyişə bilər.

Yayda bu şüşə zərərli ultra-bənovşəyi şüların, eləcədə şüalı istiliyin evə daxil olmasının qarşısını alacaq. Qışda isə onlar şəffaflaşacaq və beləcə günəş işığı evləri qızdıracaq.
Maykl Dabeya

“Əgər onların hamısı düz olsa, fluoresyent boya molekulları günəş işığını özünə çəkib, şüşənin kənarlarına yönəldəcək. Şüşənin kənalarında isə günəş panelləri olsa, onlar vasitəsilə elektrik enerjisi yaratmaq olar. İşığı yandıranda fluoresyent boya molekulları maye kristallar kimi dik duracaq və bu, günəş işığının zərər görmədən şüşədən keçməsinə gətirib çıxaracaq”, deyə Eindhoven Universitetindən Makl Dabeya bildirir.

İdeya isə ondan ibarətdir ki, gələcəkdə hər hansı şüşə parçası bizi təkcə elementlərdən qorumayacaq, eyni zaman günəş panelləri kimi istifadə olunacaq.

“Yayda bu şüşə zərərli ultra-bənovşəyi şüların, eləcədə şüalı istiliyin evə daxil olmasının qarşısını alacaq. Qışda isə onlar şəffaflaşacaq və beləcə günəş işığı evləri qızdıracaq”, Dabeya deyir.

Lakin niderlandlı tədqiqatçılar deyir ki, bundan əlavə onlar pəncərə şüşələri günəş panelləri kimi də isitfadə oluna bilər.

“Bu, işıldayan günəş konsentratıdır. Bu, içində çox parlaq fluoresyent boya molekulu olan plastik parçadır. Məqsəd adi silikon günəş panellərini bu cihazlarla əvəz etməkdir”, Dabyea söyləyir.

İdeya isə ondan ibarətdir ki, gələcəkdə hər hansı şüşə parçası sizi təkcə elementlərdən qorumayacaq, onlar həm də şəffaf günəş panelləri kimi xidmət göstərəcək.

Bildiyimiz qədər hazırda bu dərəcədə şəffaf olan yeganə həll maye kristallardan düzldilən pəncələrədir. Biz görünən işığa təsir göstərmirik.

Günəş panelləri
Günəş panelləri

Niderlandlı araşdırma komandası onların adi günəş panelləri qədər yaxşı işləmədiyini qəbul edir, amma birbaşa günəş işığı almayan yerlər üçün çox əlverişli olduğunu deyir.

“Günəş işığına yaxşı çıxıı olan kiçik yerlərdə, silikon günəş panellərindən istifadə etmək daha əlverişlidir. Onlar hazırda mövcud olan ən səmərəli panellərdir. Lakin başqa yerlərdə, məsələn kölgənin çox olduğu yerlədə, bundan istifadə etmək daha yaxşı olar.”

Komanda bildirir ki, onlar pəncərələri bazara çıxarmaq üçün artıq kommersiya tərəfdaşları ilə danışıqlara başlayıblar.

XS
SM
MD
LG