"Şahdəniz" yatağından "Mərhələ 2" layihəsi çərçivəsində qaz ixracının yeni - dördüncü variantı meydana çıxıb. Turan Agentliyinin xəbərinə görə, bu barədə Londonda BP-nin ofisində VR Group-un "Şahdəniz" üzrə vitse-prezidenti Al Kuk (Al Cook) azərbaycanlı jurnalistlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, Türkiyə ərazisindən Bolqarıstan, Rumıniya, Macarıstan və Xorvatiya istiqamətində kiçik güclü interkorrektor-boru kəmərləri tikmək təklif edilir. Onların vasitəsilə qaz ölkəyə daxil olub daxili şəbəkələrə bölünəcək, ölkələr arasında birləşdirici magistral boru kəmərləri olacaq.
Xatırladaq ki, oktyabrın 1-də "Şahdəniz" yatağından qaz nəql etmək istəyən boru kəməri layihələrinin iştirakçısı olan şirkətlərin təklif vermə müddəti bitir. Bu qaza Nabucco, ITGI və TAP da iddialıdır.
Türkiyə ərazisindən Bolqarıstan, Rumıniya, Macarıstan və Xorvatiya istiqamətində kiçik güclü interkorrektor-boru kəmərləri tikmək təklif edilir.