Accessibility links

Əfqanıstan prezidenti Həmid Karzainin qətlə yetirilmiş qardaşı Əhməd Vali Karzainin siyasi portreti


Əfqanıstan prezidenti Həmid Karzainin qətlə yetirilmiş qardaşı Əhməd Vali Karzainin siyasi portreti
Əfqanıstan prezidenti Həmid Karzainin qətlə yetirilmiş qardaşı Əhməd Vali Karzainin siyasi portreti

Əfqanıstan prezidenti Həmid Karzainin qardaşı Əhməd Vali ölkənin cənubunda Taliban hərəkatının yarandığı Qəndəhar vilayətində ən nüfuzlu siyasi fiqurlardan biri hesab edilirdi. Onun Qəndəhar vilayət şurasının başçısı kim rolu məsləhət verməklə kifayətlənsə də, onun nüfuzunun əsas mənbəyi qəbilə və ailə bağları, habelə topladığı maliyyə təşkil edirdi. İnsanlar Vali Karzainin məsləhətini almaq, biznes və siyasi münasibətlərdə, habelə qəbilələr arasında mübahisələrdə onun dəstəyini qazanmaq üçün günlərlə növbələrdə durub gözləyirdi. Lakin onun var-dövləti və böyük nüfuzu həm də böyük ziddiyyətlərin mənbəyi idi. Vali Karzai regionda sülhə nail olmaq üçün əsas vasitəçilərindən biri və Talibana qarşı mübarizə aparan beynəlxalq qüvvələrin müttəfiqi kimi tanınmasına baxmayaraq, onun adı korrupsiya, narkotik alveri hallarından hallanır, prezidentin qardaşının Mərkəzi Kəşfiyyat İdarəsindən maaş aldığı deyilirdi. Vali Karzai bunların hamısını inkar edirdi. Son bir neçə ildə prezident Karzai cənubda etnik puştulardan dəstək almaq məsələsində qardaşına arxalanırdı. Birləşmiş Ştatlar və başqa Qərb ölkələri də Vali Karzai və onun regionda nüfuzuna arxalanırdı. Əfqanıstan prezidenti Həmid Karzai qardaşını tənqidlərdən müdafiə edrdi. Onlar 2001-ci ildə Taliban hökuməti Birləşmiş Ştatların silahı qüvvələri tərəfindən hakimiyyətdən salındıqdan sonra Əfqanıstana qayıtmışdı. Vali Karzai Çikaqoda restoran sahibi idi. O, 1961-ci ildə anadan olmuşdu. Beş uşaq atası idi. Onun həyatına bir neçə dəfə sui-qəsd olmuşdu.

XS
SM
MD
LG