Accessibility links

"Qırmızı Çərçivə 'qırmızı xətt' ideyası ilə bağlıdır" [Video-Müsahibə]


Əhməd Muxtar: Qırmızı Çərçivə layihəsi "qırmızı xətt" ideyası ilə bağlıdır
please wait

No media source currently available

0:00 0:07:13 0:00

World Learning proqrami çərçivəsində ABŞ-da səfərdə olan müstəqil foto-jurnalist Əhməd Muxtar səfəri barədə Amerikanın Səsinin suallarını cavablandırıb.

O, post-sovet və Şərqi Avropa ölkələrindən iştirakçiların qəbul edildiyi Digital Communication Network proqramı barədə məlumat verib. Foto-jurnalist ötən il eyni proqrama müraciət etsə də, qəbul olmadığını, lakin bu ili uğurlu adlandıraraq, qəbul edildiyini deyib.

3 həftə Amerikada olacaqlarını deyən Əhməd Muxtar 1 həftə Vaşiqntonda qalacağını, daha sonra Atlantaya gedəcəyini bildirib. Amerikanın Səsində də təcrübə keçən jurnalist 3 gün ONA17 beynəlxalq konfransın iştirakçısı olub.

Red Frame adi çərçivə mahiyyəti daşımır, fotoların içindəki hər hansısa xoşagələn və ya gəlməyən halları özündə cəmləyir.

Özünün Qırmızı Çərçivə layihəsindən danışarkən Əhməd Muxtar proqrama məhz bu ideya ilə qəbul olunduğunu vurğulayıb. Jurnalist ideyanın insanlar və cəmiyyətlərin "qırmızı xətt" ideyası ilə bağlı bir layihə olduğunu bildirib.

Onun dediyinə görə, Red Frame adi çərçivə mahiyyəti daşımır, fotoların içindəki hər hansısa xoşagələn və ya gəlməyən halları özündə cəmləyir. Bunun sərhədsiz bir ideyanı ifadə etdiyini deyən foto-jurnalsit müxtəlif mobil sistemləri üçün gələcəkdə bu layihə ilə bağlı proqram yaratmaq istəyində olduğunu bildirib.

​Azərbaycanda gənc yaradıcılar üçün imkanlardan bəhs edərkən Əhməd Muxtar deyib ki, onlar məhdud imkanlara görə Avropa və ya Amerikaya üz tutmalı olurlar. O deyib ki, sərbəst ideyalara mühit məhdud olsa da, yenə də nəsə etmək mümkündür.

Foto-jurnalist son zamanlar bu kimi proqramların artdığını da bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG