Accessibility links

Əhmət Davutoğlu: Türkiyə Ermənistanla sərhədləri açmaq istiqamətində çalışır


Əhmət Davutoğlu
Əhmət Davutoğlu

Nazir Əhməd Davudoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsində irəliləyiş olsa həm sərhəd açılar, həm də dəmiryolu bərpa edilər

Türkiyənin xarici işlər naziri Əhmət Davutoğlu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Beynəlxalq Əlaqələr Komissiyasının məlumatlandırma toplantısında Türkiyənin Ermənistanla sərhədləri açmaq istiqamətində çalışdığını, Azərbaycanı fikrindən döndərmək mümkün olarsa belə bir sürprizin ola biləcəyini açıqlayıb. Bu barədə Türkiyənin akşam.com.tr saytı yazıb.

Davutoğlu: “2015”-ci ilə yönəlik çalışmalar böyük sürətlə davam edir. Ermənilərin Qarabağdan çıxması bizim tələbimizdir. Bu istiqamətdə bir irəliləyiş gözləyirik. Bu tələbimiz gerçəkləşərsə həm sərhəd qapıları, həm dəmir yolu açılır və bir çox əlaqələr qurulur. Amma, biz bunu Azərbaycanla birgə etmək istəyirik”. Bu sözlərlə nazir Davutoğlu TBMM Beynəlxalq Əlaqələr Komissiyasında millət vəkillərinə məlumat verib.

Mətbuata qapalı olan toplantıda Ermənistanla sərhəd qapılarının açılmasına hazırlıq gördüklərini deyən Davutoğlu yaxın zamanlarda Azərbaycana gözlənilən səfərində bu mövzunun əsas müzakirə obyekti olacağını anladıb.

Nazir bu açıqlamasını Millətçi Hərəkat Partiyasının İqdırdan olan millət vəkili Sinan Oğanın sorğusuna cavabda verib. Oğan nazirə “Sərhəd qapılarının açılması ilə bağlı hər hansı hazırlıq işləri aparılırmı?” sualı ilə müraciət edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG