Accessibility links

Aİ əlavə 50 milyon peyvənd dozası üçün Pfizer-BioNTech ilə müqavilə bağlayır


Avropa Komissiyasının rəhbəri Urusula Von der Leyen çərşənbə günü Avropa İttifaqının əczaçı partnyorlar Pfizer-BioNTech ilə yaxın aylarda çatdırılması üçün əlavə 50 milyon doza COVID-19 peyvəndi ilə bağlı razılıq əldə edildiyini açıqlayıb.

Von der Leyen Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, yeni müqavilə Avropa İttifaqının 250 milyon doza alacağı deməkdir. Onun sözlərinə görə, blok 2022 və 2023-cü illərdə çatdırılacaq 1.8 milyard doza ilə bağlı tərəfdaşlarla üçüncü müqavilə barədə danışıqlar aparır.

O bildirib ki, müqavilə “vaksinlərin istehsalını deyil, həm də vacib komponentləri də əhatə edəcək və bunların hamısı Avropa İttifaqında olacaq".

Von der Leyen 27 ölkədən ibarət Avropa İttifaqı blokunda artıq 100 milyon dozanın tətbiq olunduğunu deyərək, bunun “qürur duyacağımız bir mərhələ” olduğunu açıqlayıb.

Lakin AstraZeneca və bu həftə Johnson & Johnson vaksinləri ilə əlaqədar problemləri qeyd edən Avropa Komissiyasının prezidenti bir çox amillərin peyvəndlərin planlaşdırılmış çatdırılması cədvəllərini poza biləcəyini əlavə edib.

“Buna görə də mümkün qədər sürətli hərəkət etmək, öncədən düşünmək və tənzimləmək vacibdir və Avropanın vaksinasiyasını dəstəkləmək üçün əlimizdən gələni edirik” – deyə, o bildirib.

Bir neçə Avropa ölkəsi nadir hallarda qan laxtalanması barədə xəbər verildikdən sonra AstraZeneca peyvəndinin tətbiqini dayandırıb. Çərşənbə axşamı ABŞ-ın səhiyyə tənzimləyiciləri oxşar xəbərlərə görə Johnson & Johnson peyvəndinin tətbiqini dayandırmağı tövsiyə edib.

XS
SM
MD
LG