4 iyun tarixində Avropa İttifaqı rəsmiləri xəbər verib ki, ittifaqın səfirləri Belarusa məxsus hava yolu şirkətlərinə Aİ ərazisi üzərindən uçmaq və ittifaqa daxil olan hava limanlarına eniş etməsini qadağan edən addımlar atıb.
Aİ-nin bu addımı müxalifətçi jurnalist Raman Protaseviçin olduğu Ryanair təyyarəsinin mayın 23-də döyüş təyyarəsi vasitəsi ilə Belarusa məcburi endirilməsi və daha sora jurnalisitin rəfiqəsi ilə birlikdə həbs olunmasına cavab olaraq atılıb.
Qadağalar iyun ayının 5-dən etibarən tətbiq olunmağa başlayacaq. Qərara etiraz etmək istəyən ittifaq ölkələri Mərkəzi Avropa vaxtı ilə 14:00-a qədər etirazlarını bildirə bilər, lakin bunun baş verməyəcəyi gözlənilir.
Aİ eyni zamanda ittifaq ölkələrinə məxsus aviaşirkətlərə Belarus üzərindən uçuşlardan çəkinmələrini də tövsiyə edir.
Lakin bu tövsiyə icbari deyil.
Bundan əvvəl isə 2 iyun tarixində Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi bütün ittifaq təyyarələrinin fövqəladə vəziyyət olmadığı təqdirdə Belarus hava məkanı üzərindən keçməməsi lazım olduğunu söyləyən bir təhlükəsizlik təlimatı verib.
Belarus milli hava yollarına məxsus Belavia Belarus ilə Helsinki, Amsterdam, Milan, Varşava, Frankfurt, Berlin, Münhin, Paris, Roma və Vyana da daxil olmaqla, Avropadakı 20 hava limanına uçuşlar həyata keçirir.