Accessibility links

Aİ Belarusa qarşı yeni sanksiyalar elan edib


Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bazar ertəsi Belarus hökumətinə qarşı yeni sanksiyalar elan edib. Budəfəki addımla 78 hökümət məmuru və ən azı yeddi dövlət qurumu hədəf alınıb.

Aİ rəsmilərinin bildirdiyinə görə, qarşıdakı günlərdə ABŞ və Britaniya hökümətinin də öz sankisyalarını elan etməsi gözlənilir.

Sanksiyalar keçən ay Ryanair təyyarəsini təcili eniş etməyə məcbur edilməsində, eləcə də ötən ilin avqust ayındakı seçkilərdən sonra etirazçılarla amansız rəftar etməkdə şübhəli bilənən şəxslərə tətbiq olunub.

Nazirlər sanksiyaların bununla bitməyəcəyinə, tezliklə Belarusun kalium və neft məhsullarının ixracının da hədəf alınacağına, eləcə də Avropa banklarının Belarusa borclar vermələrinin qadağan olunacağına işarə edir.

İttifaq rəmsiləri bildirir ki, cəza tədbirləri bu ayın sonunda ABŞ da daxil olmaqla, Qərb müttəfiqlərlə ilə əlaqələndiriləcək.

Digər tərəfdən Litva rəsmiləri isə Lukaşenkonun miqranları
"silhalandırmaqda" və İraq, Suriyadan gələn miqantların sərhədi qanunsuz keçmələrinə imkan verməsi ilə bağlı ittihamları artırıb.

Litva rəsmliləri bildirir ki, Belarus hökümtinə məxsus turizim agentliyi Bağdad və İstanbuldan Minskə uçuşlar təşkil edir. Miqranlardan 1800-lə 12000 dollar arasında pul alaraq ölkəyə gətirib daha sonra onları Belarus sərhəd xidmətinə təhvil verilir. Daha sonra miqrantlar sərhəd xidmətinin köməyi ilə 680 kilometrlik meşəlik sərhəd xəttini keçərək Litvaya daxil olur.

Litva sərhəd xidməti son bir neçə həftə ərzində 400-ə yaxın miqrantın saxlandığını və azı 1000 nəfərin də keçməsinin gözləndiyini bildirib.
Ötən il Belarusdan Litvaya cəmi 74 miqrantın sərhədi qanunsuz keçməsi qeydə alınmışdı.

Litva rəsmiləri sərhəd təhlükəsizliyini gücləndirdiklərini, eləcə də Aİ-nın sərhəd mühafizə xidməti olan Frontex-dən kömək istədiklərini bildirib.

Aİ millət vəkili və Litvanın keçmiş baş naziri Andrius Kubilius bazar günü deyib ki, Belarus miqrantlar üçün “sözün əsl mənasında paket sövdələşmələri təşkil edir” və bununla da Litvanı gözdən salır.

Bundan əvvəl Lukaşenko sanksiyalar tətbiq olunacağı təqdirdə cavab veriləcyini bildirmişdi.

"Narkotik və miqrant axınının qarşısını alırdıq. İndi isə siz özünüz onları yeməli və tutmalısınız" - deyə, o xəbərdarlıq edib.

Keçən həftə sərhəd xəttinə baş çəkən Litva baş naziri İnqrida Simonyte bildirib ki, "Lukaşenko Aİ-nın narkotik və miqrantlarla dolacağı barədə hədələyirdi. Və beləcə indi bir neçə həftə ərzində sərhədi qanunsuz keçən insanların sürətli şəkildə artdığını görürük".

Litva İraq və Türkiyə hökumətlərindən məsələyə müdaxilə etməyi və Minskə uçan təyyarələrə minənlərin yoxlanılmasını istəyib.

Məsələ ilə əlaqədar bu ayın sonunda Litvanın xarici işlər naziri Qabrielius Landsberqisin Romada türk və iraqlı həmkarları ilə görüşləri planlaşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG