Accessibility links

Aİ Gürcüstan, Moldova və Ukraynaya müdafiə imkanlarını təkmilləşdirməkdə yardım edəcək


Avropa Şurası 3 il ərzində Gürcüstan, Moldova və Ukraynanın hərbi və müdafiə potensialını gücləndirmək üçün yardım tədbirləri qəbul edib.

Şuranın dekabrın 2-də verdiyi bəyanatda deyilir ki, Avropa Sülh Mexanizmi (EPF) çərçivəsində tədbirlər “daxili dayanıqlıq və sülhü” təşviq etmək məqsədi daşıyır və ölümcül avadanlıqların tədarükünü nəzərdə tutmur.

Proqrama əsasən, Gürcüstan silahlı qüvvələrinin “böhran və ya fövqəladə vəziyyətlərdə mülki şəxslərə xidmət göstərmək qabiliyyətinə” kömək etmək üçün 12,75 milyon avro (14,46 milyon dollar) dəyərində yardım almalıdır.

Avropa Şurasının məlumatına görə, yardım tədbiri tibbi və mühəndis avadanlıqları, həmçinin “mülki tipli mobillik aktivləri” ilə təmin olunacaq.

O, Moldova ordusunun tibb və mühəndis xidmətlərinin potensialını inkişaf etdirməsinə kömək etmək üçün 7 milyon avronun (7,9 milyon dollar) ayrılacağını bildirib.

Xüsusilə, pul Hərbi Tibb Xidmətinin tibbi avadanlıqla, Mühəndis Batalyonunun isə partlayıcı-sursatların zərərsizləşdirilməsi üçün avadanlıqla təmin olunmasını maliyyələşdirəcək.

Ukrayna üçün 31 milyon avro (35,1 milyon dollar) məbləğində yardım tədbiri ölkənin “ümumi dayanıqlığını artıracaq” və silahlı qüvvələrinin “bacarıqlarını gücləndirəcək”.

O, səhra xəstəxanalarını və digər hərbi tibb hissələrini, həmçinin “mühəndislik, mobillik və logistika bölmələrini” maliyyələşdirəcək.

Bu açıqlama Rusiya və Ukrayna arasında gərginliyin artdığı bir vaxta təsadüf edir. Orada hökumət qüvvələri ilə Moskvanın dəstəklədiyi separatçılar arasında son 7 ildə 13200-dən çox insan həlak olub.

Moldova və Gürcüstan da illərdir uzun sürən münaqişələr içərisindədir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG