Accessibility links

Aİ-nın 4 milyard dollar dəyərində ABŞ mallarına tarif tətbiq edəcəyi gözlənilir


Boeing zavodu.

Avropa İttifaqı diplomatları deyir ki, ittifaq növbəti həftə ABŞ-ın təyyarə istehsal edən Boeing şirkətinə subsidiya verməsinə cavab olaraq 4 milyard dollar dəyərində ABŞ idxallarına tarif tətbiq etməyə hazırlaşır.

Avropa İttifaqı ölkələrinin çoxlarının hökumətləri Aİ ticarət nazirləri gələn həftə görüşəndən sonra uzun zamandır gözlənilən tarifləri tətbiq etməyi dəstəkləyirlər. Bu, 16 ildir və dörd ABŞ prezidentinin vəzifə müddəti boyunca davam edən trans-Atlantik ticarət mübahisəsində baş verən ən son yenilikdir.

Prezidentliyə Demokrat namizəd Co Bayden ABŞ seçkisinin qalibi olmağa yaxınlaşır, amma Respublikaçı Tramp yanvarın 20-dək prezident qalacaq və ABŞ-ın Avropaya tariflərini artırmaq üçün kifayət qədər imkanı var.

ABŞ-ın ticarət nümayəndəsi Robert Laytayzer ötən ay xəbərdarlıq edib ki, Avropa İttifaqının tətbiq etdiyi hər hansı tarif “ABŞ-ın cavabına səbəb olacaq”, Tramp isə “daha sərt cavab”la hədələyib.

Brüssel Ümumdünya Ticarət Təşkilatının ötən ay təsdiqlədiyi tarifləri 2004-cü ildə başlayan mübahisəyə son qoymaq üçün mühüm güc üstünlük olaraq görür.

“Mən tariflərin gələn çərşənbə axşamı və ya çərşənbə günü tətbiq olunacağını gözləyirəm,” Aİ diplomatı bildirib.

Vaşinqton 2019-cu ilin oktyabr ayında Aerobus təyyarələri və pendirdən tutmuş zeytunlara qədər bir neçə Avropa məhsuluna tariflər tətbiq edib.

Vaşinqton iddia edir ki, Aİ tariflərinin heç bir hüquqi əsası yoxdur çünki Boeing-ə əsas subsidiyalar ləğv olunub.

Hər iki tərəf bir-birini Ümumdünya Ticarət Təşkilatının qərarlarına tabe olmamaqda günahlandırır.

Diplomatlar deyib ki, Aİ-nın tarifləri ABŞ təyyarələri, hissələri, meyvələri və başqa kənd təsərrüfatı mallarına, portağal şirəsinə, bəzi spirtli içkilərə, bəzi tikinti materiallarına tətbiq olunacaq.

Şərhlərə bax

XS
SM
MD
LG