Accessibility links

Aİ prezidenti karantinə görə zirvə toplantısını oktyabrın 1-2-nə keçirib


Avropa İttifaqının qarşıdan gələn sammiti oktyabr ayına qadər təxirə salınıb. Buna səbəb isə Avropa Şurasının prezidenti Şarl Mişelin COVID-19-a yoluxmuş bir təhlükəsizlik işçisi ilə təmasda olmasından sonra özünü karantinə alması olub. Cümə axşamı və cümə günü planlaşdırılan zirvə toplantısı oktyabrın 1 və 2-i tarixlərinə qədər təxirə salınıb. Bu barədə Şarl Mişelin sözçüsü bildirib.

Sözçü Twitter-dən bildirib ki, Aİ sammitlərinə sədrlik edən Mişelin bazar ertəsi COVID-19 üçün verdiyi testin nəticəsi mənfi çıxıb. Lakin zirvə toplantısının keçirildiyi Belçikada yerli qaydalara uyğun olaraq o özünü təcridə alacaq.

"Bu gün prezident keçən həftənin əvvəlində yaxın təmasda olduğu bir təhlükəsizlik işçisinin COVID-19 üçün verdiyi testin müsbət olduğunu öyrənib" - deyə, sözçü bildirib. “Prezident müntəzəm olaraq testdən keçirilir və dünən nəticə mənfi olub. Lakin Belçika qaydalarına hörmət edərək o bu gündən etibarən özünü karantinə alıb”, o əlavə edib.

Sammitin təxirə salınması ilə Yunanıstan və Kipr Aİ liderlərinin Şərqi Aralıq dənizindəki enerji resursları ilə bağlı artan gərginliyə necə cavab veriləcəyini müzakirə etmələrini oktyabrın 1-2-nə qədər gözləməlidir.

Cümə axşamı BrüsseldəTürkiyə ilə bağlı potensial bir razılaşmanın əldə edilməsi gözlənilən yüksək səviyyədə şam ziyafətinin keçiriləcəyi məkanda demokratiya tərəfdarı etirazçılara dəstək olaraq, Belarusiyaya tətbiq olunan iqtisadi sanksiyalar da təsdiq edilə bilər.

Belçikanın keçmiş baş naziri və Fransa prezidenti Emmanuel Makronun müttəfiqi olan Mişel ötən həftənin çox hissəsini Kiprə, Yunanistanın Lesbos adasına və Afinaya səfərlər də daxil olmaqla,Türkiyə məsələsi ilə bağlı diplomatik fəaliyyət göstərib.

Avropa İttifaqından olan mənbə COVID-19-a yoluxmuş təhlükəsizlik zabitinin Brüsseldə olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG