Accessibility links

Aİ-na üzv olmayan 7 ölkə Belarusa qarşı uçuş qadağaları tətbiq edir


Avropa İttifaqı (Aİ) xəbər verir ki, ittifaqa daxil olmayan yeddi Avropa ölkəsi Minskin ötən ay Ryanair təyyarəsinin təcili enişə məcbur etməsindən sonra Belarus hava yolarına məxsus təyyarələrin ölkələrinə eniş, qalxış və həddindən artıq uçuç həyata keçirməsinə yol verməyəcək.

Aİ-nın xarici siyasət üzrə diplomatı Cozef Borrell 21 iyunda yaydığı açıqlamada bildirib ki, Qərbi Balkan ölkələri - Albaniya, Montaneqro, Şimali Makedoniya, Serbiya, eləcə də İslandiya, Lixtenşteyn və Norveç "öz aralarında birlik yaradaraq" Aİ-nın 27 ölkəsinin 4 iyun tarixində Belarusa qarşı tətbiq etdiyi uçuş qadağalarını gücləndirmək barədə qərara gəldiklərini bildirib.

"Onlar milli siyasətlərinin şuranın qərarları ilə uyğunlaşdırılmasına çalışacaqlar. Aİ-ı bu öhdəliyi diqqətə alır və alqışlayır" - deyə, Borrell bildirib.

Marın 23-də Belarus rəsmiləri ölkə üzərindən uçan Ryanair təyyarəsini təcili eniş etməyə məcbur etmək üçün qırıcı təyyarələri havaya qaldırıb. Daha sonra təyyarədəki müxalif jurnalist Raman Pastareviç rusiyalı sevgilisi ilə birlikdə həbs edilib. Bir çox ölkə bu hadisəni "təyyarə qaçırılması" kimi qəbul edib.

Borrelin bu açıqlaması Aİ, ABŞ, Britaniya və Kanadanın avtoritar lider Aleksandır Lukaşenko da daxil olmaqla, Belarusa qarşı yeni sanksiyalar elan etdiyi bir vaxt verilib.

Sanksiyalar Lukaşenko administrasiyasının nümayəndələri və ailə üzvləri, millət vəkilləri və nazirlərinə qarşı viza qadağaları və aktivlərin dondurulmasını da əhatə etdi.

Minsk 22 iyun tarixində sanksiyaların Belarus vətəndaşlarının mənafeyinə mənfi təsir göstərdiyini və buna görə qarşılıqlı tədbirlər görməyə məcbur edildiyi barədə xəbərdarlıq edib.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG