Accessibility links

Aİ Pfizer-BioNTech peyvəndinin yeniyetmələrə tətbiq olunmasına icazə verib


Britaniya cümə günü bir gündə ölkə daxilində 4,200-ə yaxın yeni yoluxma halının aşkar olunmasıyla COVID-19 infeksiyalarında daha bir sıçrayış olduğunu təsdiqləyib. Bu, son iki ayın ən yüksək gündəlik göstəricisidir.

Britaniyada yeni yoluxmaların 75 faizinin ilk dəfə Hindistanda aşkarlanan və əvvəlki dominant variantdan daha yoluxucu olan hindistan variantı olduğuna inanılır.

Britaniya həmçinin cümə günü Johnson & Johnson şirkəti tərəfindən hazırlanmış tək dozalı COVID-19 peyvəndini təsdiqləyib. Bu, Pfizer, AstraZeneca və Moderna tərəfindən hazırlanmış peyvəndlərdən sonra ölkədə təsdiqlənmiş dördüncü COVID-19 peyvəndidir.

Avropa Komissiyası ABŞ və Kanada kimi Pfizer-BioNTech şirkətinin COVID-19 peyvəndinin 12 yaş və yuxarı uşaqlarda istifadəsinə icazə verərək, vaksinasiya oluna bilinənlərin dairəsini genişləndirib.

Komissiya bu açıqlamanı cümə günü Avropa İttifaqının tibbi tənzimləyicisi olan Avropa Dərman Agentliyinin (EMA) 12 ilə 15 yaş arası yeniyetmələrə peyvəndin istifadəsini tövsiyə etdikdən sonra verib. Agentlik əldə etdiyi nəticələrin vaksinin yeniyetmələr üçün təhlükəsiz və təsirli olduğunu göstərdiyini söyləyib.

"Gənc əhali arasında təhlükəsiz və təsirli vaksinasiyanın genişləndirilməsi bu pandemiyaya qarşı mübarizədə atılan önəmli bir addımdır" - deyə, EMA-nın sağlamlıq riskləri və peyvənd strategiyası şöbəsinin rəhbəri Marko Kavaleri deyib.

Yeniyetmələr arasında peyvəndin tətbiqinin nə vaxt başlanacağına Aİ ölkələri qərar verməlidir. Almaniya və İtaliya artıq peyvənd kampaniyasını 12-15 yaş arasında gənclərə tətbiq eməyə hazırlaşdıqlarını bildirib.

Fransa prezidenti Emmanuel Makron cümə günü Cənubi Afrika və digər Afrika ölkələrini peyvənd dozaları ilə təmin etməyə kömək edəcəyinə söz verib. Makron Pretorianı ziyarət edərkən Fransanın bu il Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi COVAX qlobal peyvənd təşəbbüsünə 30 milyondan çox doza bağışlayacağını söyləyib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin məlumatına görə, bu günə qədər Cənubi Afrikanın 40 milyon əhalisi arasında təxminən 700 000 insana peyvənd tətbiq olunub.

Avstraliyada Melburnda cümə günü yenidən karantin vəziyyəti tətbiq edilib. Səhiyyə orqanları təsdiqlənmiş COVID-19 yoluxmalarının sayının 39-a yüksəldiyini söyləyib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG