Accessibility links

Aİ rəqəmsal COVID-19 səyahət sertifikatı təqdim edir


Avropa İttifaqı rəsmi olaraq rəqəmsal COVID-19 sertifikatını təqdim edib. Məqsəd ittifaq daxilində vaksinin tam dozalarını vurdurmuş şəxslərin təhlükəsiz və rahat səyahətini təmin etməkdir. Lakin ən azı bir aviaşirkət ilk gündən tətbiqin istifadəsi ilə bağlı problemlərlə qarşılaşdığını bildirib.

Aİ tərəfindən hazırlanan rəqəmsal sertifikatdan həm smartfonlarda, həm də kağızda çap formasında istifadə oluna biləcək. Bu, səyahətçilərə karantin qaydalarından azad olmağa kömək edəcək.

İttifaq qaydalarına əsasən üzv dövlətlər ictimai sağlamlığı qorumaq üçün lazımlı və vacib olmadığı müddətcə, sertifikat sahiblərinə əlavə səyahət məhdudiyyətləri tətbiq etməməlidirlər.

Brüsseldə keçirdiyi brifinqdə Avropa Komissiyasının sözçüsü Kristian Viqand 26 üzv dövlətə cümə axşamıdan etibarən sertifikat verildiyini və artıq 200 milyondan çox sertifikatın hazırlandığını bildirib.

Lakin prakitakada sertifikatın bəzi problemləri üzə çıxıb. Brussels Airlines-in sözçüsü Maaike Andries Reuters xəbər agentliyinə verdiyi açıqlamada bildirib ki, COVID-19 sertifikatlarındakı QR kodlarının hələ ki, səyahətçinin gedəcəyi yerlərlə əlaqələndirilməyib.

Bu isə o deməkdir ki, aviaşirkətlər səyahətçilər üzərində hələ də vizual yoxlamalar aparmalıdırlar. Səyahətlərin daha sadə olmasına gəlincə, Andries "təəssüf ki, hələ orada deyilik" - deyə, bildirib.


XS
SM
MD
LG