Accessibility links

Aİ Rusiya və Türkiyə arasındakı atəşkəsə ehtiyatla yanaşır


Xorvatiyanın paytaxtı Zaqrebdə Suriyanın İdlib əyalətindəki böhranla əlaqədar cümə günü görüşən Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Rusiya və Türkiyə arasındakı atəşkəsi ehtiyatla qarşılayıb.

Aİ-nın yüksək səviyyəli rəsmisi Xosep Borrell bildirib ki, atəşkəsdən məmnunam, atəşkəs yaxşı xəbərdir, ən azından yaxşı niyyətdir, görək necə işləyir.

Digər tərəfdən Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirb ki, "İndi humanitar yardım məsələsinə diqqət ayırmaq çox vacibdir və Rusiya humanitar yardım dəhlizləri anlayışına hörmət etsəydi alqışlayardım".

Başda Hiderlend olmaqla bəzi Aİ ölkələri Rusiyanın dəstəklədiyi Suriya hökumət qüvvələrinin mülki hədəfləri bombalamağını dayandırması üçün İdlib üzərindən uçuşa qadağa bölgəsinin yaradılmasına çağırıb.

Hollandiyanın Xarici İşlər Naziri Stef Blok bildirib ki, "Aİ ölkələri İdlibə humanitar yardım göstərməyə hazırdır. Bölgəyə humanitar yardımın çatırılması probleminin həll edilməsində atəşkəs köməkli olacaq. Həmçinin problemi həll etmək üçün uçuşa qadağan bölgənin yaradılması dahada effekitv olacaq".

Lakin digər tərəfdən 27 üzvdən ibarət blokun uçuşlara qadağa bölgəsini yaratmaq və tətbiq etmək gücü yoxdur. Rəsmilər bu məsələdə özlərinə şübhə ilə yanaşıb.

Cümə axşamı Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədəki gərginliyin azaldılması ilə bağlı danışıqların ardından Suriyanın şimal-qərbindəki İdlib əyalətində atəşkəsə dair razılığa gəlbilər.

Moskvada görüşən hər iki lider atəşkəsin yerli vaxtla gecə yarısında qüvvəyə minəcəyini söyləyib. İdlib Suriyada qalan son üsyançı istehkamıdır.

XS
SM
MD
LG