Accessibility links

Aİ-də Pfizer-BioNTech peyvəndinin 5 ilə 11 yaş arasında uşaqlar üçün istifadəsi təsdiqlənib


Avropa İttifaqının dərman tənzimləyicisi Pfizer-BioNTech-in COVID-19 peyvəndinin 5 ilə 11 yaş arasında uşaqlar üçün istifadəsini təsdiqləməsi ilə regionda artan infeksiyalarla mübarizə çərçivəsində onlara ilk peyvəndlərə yol açıb.

Avropa Dərman Agentliyin (EMA) uşaqlar üçün Comirnaty adlanan peyvəndin iynə şəklində üç həftə ara ilə 10 mikroqramlıq iki doza tövsiyə edir.

Yetkinlər üçün doza 30 mikroqramdan ibarətdir.

"5-11 yaş arası uşaqlarda Comirnaty-nin faydaları xüsusilə ağır COVID-19 riskini artıran şərtlərdə risklərdən üstündür" deyə, EMA bildirib.

Şirkətlər 5-11 yaş arası uşaqlar üzərində aparılan klinik sınaqda onların peyvəndinin koronavirusa qarşı 90,7% effektivlik göstərdiyini bildirib.

Pfizer-BioNTech peyvəndi may ayından etibarən 12-17 yaş arası yeniyetmələrin Avropa İttifaqında istifadəsi təsdiq edilib.

Yekun təsdiq Avropa Komissiyasına məxsus olsa da, o, adətən EMA tövsiyələrinə əməl edir.

Ölkələrin kiçik uşaqlar arasında vaksinasiyaya nə vaxt başlanacağı bəlli deyil.

Bu həftənin əvvəlində Almaniyanın səhiyyə naziri Yens Spahn bildirib ki, aşağı dozalı pediatrik versiyanın Aİ səviyyəsində çatdırılması yalnız dekabrın 20-də başlayacaq.

Blok 5-11 yaş qrupu və daha kiçik uşaqlar üçün peyvəndləri tətbiq edən ABŞ, Kanada, İsrail, Çin və Səudiyyə Ərəbistanı da daxil olmaqla, getdikcə daha çox ölkələrə qoşulub.

XS
SM
MD
LG