Accessibility links

Avropa İttifaqı Venesuela rəsmilərinə qarşı sanksiya tətbiq edib


Avropa İttifaqı Venesuelaya qarşı silah embarqosu daxil olmaqla, bir sıra iqtisadi sanksiyalar təsdiq edib.

Brüsseldə görüşən Avropa İttifaqının xarici işlər nazirləri bu tədbirləri ötən ay keçirilən regional seçkilərə cavab olaraq açıqlayıb. Onlar bu seçkinin ölkədəki böhranı dərinləşdirdiyini deyir.

Silah qadağası prezident Nikolas Maduro hökümətinin repressiya və təqib üçün istifadə oluna biləcək hərbi avadanlıqları almasının qarşısını almaq üçün nəzərdə tutulub.

Sanksiyalara həmçinin aktivlərin dondurulması və Maduroya yaxın bəzi keçmiş və hazırkı Venesuela rəsmilərinə qarşı səyahət məhdudiyyətləri daxildir.

İspaniya uzun zamandır Maduroya yaxın insanlara qarşı sanksiyaların tətbiqinə çağırır, lakin Avropa İttifaqında kimin hədəf alınacağına dair fikir ayrılığı mövcuddur.

Bazar ertəsi açıqlanan bəyanatda isə nazirlər bildirib ki, onlar diqqəti insan haqları pozuntuları və demokratik normalar və qanunun aliliyinə qarşı hörmətsizlikdə ittiham olunan təhlükəsizlik qüvvələri, nazirlər və hökümət qurumlarına yönəldəcək.

Ötən cümə axşamı ABŞ Maduronun müxalifətə qarşı təqiblərinin bir hissəsi olaraq Venesuelanın korrupsiya və vəzifədən sui-istifadə etməkdə ittiham olunan 10 keçmiş və hazırkı rəsmisinə qarşı maliyyə sanksiyaları tətbiq edib.

XS
SM
MD
LG