Accessibility links

Avropa İttifaqı və Avropa Şurası Azərbaycan üçün layihələrini təqdim edib


Oktyabrın 27-də Bakıda Avropa Şurası və Avropa İttifaqının Azərbaycanda jurnalistlər, ədliyyə və inzibati orqan işçiləri, peşəkar hüquqşünaslar üçün nəzərdə tutulan layihələrinin təqdimat mərasimi olub. Mərasimdə Azərbaycanın rəsmi orqanlarının, QHT-lərin təmsilçiləri və parlamentin deputatı iştirak edib.

Azərbaycanda 2015-2017-ci illərdə "Proqramlı əməkdaşlıq haqqında" çərçivə sazişi əsasında reallaşacaq dörd layihənin əsas məqsədi media və ifadə azadlığının genişləndirilməsi, inzibati orqanlarda rüşvətxorluqla mübarizə və rüşvətxorluğun qarşısını alma imkanlarının gücləndirilməsi, Ədliyyə Akademiyasının rolunun və imkanlarının artırılması, hakimlərə təhsil verilməsi, habelə Azərbaycanda ədliyyə xidmətlərinin səmərəsi və keyfiyyətinin yüksəldilməsinə həsr olunan xüsusi layihənin həyata keçirilməsidir.

4,7 milyon avro dəyərində olan layihələr Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilir və Avropa Şurası tərəfindən həyata keçirilir. Bu layihələrdən əlavə, Azərbaycan həm də bir neçə ölkəni əhatə edən 14 regional təşəbbüsdə iştirak edir.

Bununla yanaşı, Azərbaycan Avropa İttifaqının regional layihələr paketinə daxil olan 2 milyon avro maliyyə vəsaitlərindən də istifadə edə bilər.

Avropa Şurası və Avropa İttifaqı ümumilikdə "Şərq Tərəfdaşlığı" ölkələrində, o cümlədən Azərbaycanda 2020-ci ilədək 33 milyon avro dəyərində layihələr həyata keçirəcək.

Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç bildirib ki, layihələr insan hüquqları, qanunun aliliyi, informasiyalı cəmiyyətin qarşısında duran problemlər, məhkəmə sistemi, rüşvətxorluğa qarşı mübarizə, media və ifadə azdlığı sahələrini əhatə edir.

“Bu layihələr Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihələr yalnız Bakıda deyil, bir sıra rayonlarda, o cümlədən Gəncə, Şəki və başqa regionları da əhatə edəcək”, o qeyd edib.

D. Fillipoviç layihələrin əməkdaşlığın və dialoqun genişlənməsinə töhfə verəcəyinə ümid edir. O Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasından belə bir misal gəitirərək:

“Əgər bir olarsa dostun əməli,

Daşdan su çıxarar insanın əli”, 12-ci əsrdə belə Azərbaycanda əməkdaşlıq və dialoq ənənələrinin güclü olduğuna işarə edib.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, Aİ üçün Şərq Tərəfdaşlığı proqramının əhəmiyyəti böyükdür. Hazırda daha çox ehtiyaclara uyğunlaşmış siyasət həyata keçirilir.

“Layihələrə ayrılan vəsaitin 90 faizi Aİ, 10 faizi isə Avropa Şuraının payına düşür. Layihə çərçivəsində 300 vəkil və 120 hakim Avropa Məhkəməsində təlimlər keçəcək”, o qeyd edib.

M.Mard deyib ki, seçilmiş sahələr bütün Şərq Tərəfdaşlığı ölkələri üçün eyni dərəcədə əhəmiyyət kəsb edir.

“Biz yaxından əməkdaşlıq etmədən müsbət nəticələr əldə edə bilmərik”, Aİ-nin nümayəndəsi bildirib.

Avropa Şurası və Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramları Əməkdaşlıq Çərçivəsi (PCF) üzrə milli əlaqələndirici, Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Həbib Mikayıllı deyib ki, layihələr ölkənin milli islahat proqramlarını dəstəkləməlidir və ölkəınin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır.

“Layihələr Azərbaycan hökuməti ilə razılaşdırılmalıdır, yalnız və yalnız Azərbaycan dövlət orqanları ilə əməkdaşlıq şəraitində həyata keçirilə bilər. Əgər müvafiq dövlət orqanları hansısa mərhələdə layihələrdə dəyişiklik edilməsinə ehtiyac duyarsa müzakirələr aparılmalı və dəyişikliklər edilməlidir”, o qeyd edib.

Öz növbəsində, PCF üzrə Avropa Şurasının əlaqələndiricisi Arkadi Sytine deyib ki, layihələrin icrası nəticəsində sahələr üzrə irəliləyişlər izlənilməlidir.

“Hər hansı layihəyə dəyişiklik edilməsi üçün təhlillər aparılmalı və əsalandırlmalıdır. Layihələrə dəyişikliklər təhlillər əsasında olacaq”, o qeyd edib.

Sonra “2015-2017 AŞ və Aİ Şərq Tərəfdaşlığı PCF illik əməkdaşlıq görüşü çərçivəsində aşağıdakı layihələrin təqdimatı olub:

- Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi;

- Azərbaycan məhkəmələrinin səmərəliliyinin artırılmasına və onun qarşısının alınmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü idaretməyə dəstək;

- Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılmasına dəstək;

- Azərbaycanda ifadə və media azadlığı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG