Accessibility links

Avropa İttifaqı və Avropa Şurası Azərbaycanda 4.7 milyon avroluq layihələr həyata keçirəcək


Avropa İttifaqı və Azərbaycanın bayraqları
Avropa İttifaqı və Azərbaycanın bayraqları

Oktyabrın 27-də Avropa Şurası (AŞ) və Avropa İttifaqının (Aİ) Bakı nümayəndəlikləri Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycan üçün yeni layihələrin təqdimatını keçirəcək.

Avropa Şurasının Bakı ofisinin məlumatında deyilir ki, 2015-2017-ci illərdə həyata keçiriləcək dörd layihənin əsas məqsədi KİV və ifadə azadlığının genişləndirilməsi, inzibati orqanlarda rüşvətxorluqla mübarizə və rüşvətxorluğun qarşısını almaq imkanlarının gücləndirilməsi, Ədliyyə Akademiyasının rolunun və imkanlarının artırılması, hakimlərə təhsil verilməsi, habelə Azərbaycanda ədliyyə xidmətlərinin səmərəsi və keyfiyyətinin yüksəldilməsinə həsr olunan xüsusi layihənin həyata keçirilməsidir.

4,7 milyon avro dəyərində olan bu layihələr Aİ və Avropa Şurası tərəfindən maliyyələşdirilir və Avropa Şurası tərəfindən həyata keçirilir.

AŞ-ın Bakı ofisinin rəhbəri Draqan Filippoviçin, Aİ missiyasının rəhbəri Malena Mardın və başqa şəxslərin iştirakı ilə AŞ tərəfindən əlaqələndirilən layihələr üzrə proqram əməkdaşlığı haqqında çərçivə sazişi təqdim ediləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG