Aida Hüseynova: Mark Morris rəqs qrupu “Leyli və Məcnun”un universal mesajlarını çatdırır
İndiana universitetinin professoru, müsiqişünas Aida Hüseynova Amerikanın Səsinə müsahibəsində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının ABŞ-da məşhur xoreoqraf Mark Morrisin rəqs qrupu və dünya şöhrətli violençelist Yo Yo Manın rəhbərlik etdiyi İpək Yolu ansamblı ilə yeni quruluşda tamaşalarından danışıb.