"Aidiyyatı qurumların reaksiya verməsi üçün mütləq Əfqan Sadıqov ölməlidir?"
Dekabrın 11-də 38 gündür aclıq aksiyası keçirən jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova Pentensiar xidmətin müalicə müəssisəsində Əfqan Sadıqovu ziyarət edib. Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq yeddi il müddətinə azadlıqdan məhrum edib. Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.
Episodes
-
Mart 03, 2021
Dünyaya Baxış - 3 mart 2021
-
Mart 03, 2021
Sülh Korpusunun təsisindən 60 il ötür
-
Mart 03, 2021
Qocalar evlərinin "Qucaqlaşma çadırı"