Accessibility links

QİÇS konfransında mütəxəssislər HIV virusuna qarşı qlobal mübarizə səviyəsini nəzərdən keçirəcəklər


QİÇS konfransında mütəxəssislər HIV virusuna qarşı qlobal mübarizə səviyəsini nəzərdən keçirəcəklər
QİÇS konfransında mütəxəssislər HIV virusuna qarşı qlobal mübarizə səviyəsini nəzərdən keçirəcəklər

Asiyada geniş yayılmış epidemiyanın qarşısını almaq üçün əsəs yol, yüksək risk əlamətləri aşkar edilmiş insanlara kömək etməkdir

Vienada növbəti QİÇS konfransında mütəxəssislər HIV virusuna qarşı qlobal mübarizə səviyəsini nəzərdən keçirəcəklər. BMT bildirir ki, Asiya ölkələrinin əksəriyyətində QİÇS infeksiyası daşıyanların nisbəti bir faizdən aşağıdır. Lakin əhalinin sayının çoxluğuna görə həmin bir faizdan az HIV virusuna yoluxma əslində 5 milyon insan edir. Sağlamlıq üzrə mütəxəssislər bildiriblər ki, Asiyada geniş yayılmış epidemiyanın qarşısını almaq üçün əsəs yol, yüksək risk əlamətləri aşkar edilmiş insanlara kömək etməkdir. Cakarta QİÇS klinikasına ilk dəfə gələn Rasta həyacan keçirir. Rasta: Mən HIV testinin nəticəsinin müsbət olmasından qorxuram. Liza Baldvin Cakartada ABŞ Beynəlxalq İnkişaf Agentliyinin HIV və QİÇS üzrə məsləhətçisidir.

O deyir ki, baxmayaraq ki, İndoneziyada HIV virusuna yoluxanların nisbəti cəmi 0.1 faizdir, bu say artmaqdadır. Artım əsasən seksi özlərinə peşə seçən insanlar, homaseksuallar və narkomanlar kimi yüksək risk qruplarında müşahidə edilir. O deyib ki, bu qrupları müalicə etməklə biz epidemyanın genişlənməsinin qarşısını ala bilərik. Liza Baldvin: Onlar QİÇS-i daha geniş cəmiyətə yaya bilən əhalidir. Düşünürəm ki, QİÇS- ə yoluxmuş insanların sayını azaldmaq və aşaqı səviyədə saxlamaq üçün şans var, amma onların sayı çoxalada bilər.

Lakin İslam cəmiyyətinin bəzi üzvləri proqrama qarşı çıxaraq qoruyucudan istifadəni əxlaqsızlıq hesab edirlər. İndoneziyanın Milli QİÇS Əleyhinə Komisiyasının Baş Katibi Nafsia Mboi deyir ki, proqramın məqsədi xəstələri istintaq etmək deyil onları sağaldaraq xəstəliyi aradan qaldırmaqdır. Nafsia Mboi: Bəziləri deyir ki, o xəstəliyə düçar olanlar günahkardırlar, mən isə deyirəm ki, günahkar olsalar da olmasalarda onlar İdoneziyalıdır.

BMT-nin məlumatına görə Çində 700 000 insan ya HIV virusu daşıyıcısıdır yada ki, QİÇS-ə yoluxub. Sağlamlıq üzrə rəsmilərin dediyinə görə əvvəllər xəstəliyin yayılma yolları haqda qeyri-düzgün məlumatlandırma, diskriminasiya və müalicə sahəsində çatışmamazlıq insanları kömək istəmək üçün ümidsizləşdirmişdir. Lakin ictimai təhsil kampaniyası və Global Fond kimi beynəlxalq təşkilatlar tərəfindən ğöstərilən pulsuz QİÇS müalicə səyləri bu sahədə ümidsizliyi aradan qaldırmağa kömək etdi. Beijində yaşayan QİÇS daşıyıcısı və kimliyinin gizli saxlanılmasını isdiyən, Cainq deyir ki, damğa hələdə qalmaqdadır. Jianq: Mən öz vəziyyətim haqda tibb bacıları ilə və başqa xəstələrlə danışıram. Cəmiyətdə bu xəstəliyə dair təzyiq cox yüksəkdir.

Tayland seksi özünə peşə seçən insanları xəstəlik barədə marifləndirmək yolu ilə HIV virusunun yayılmasını azaldıb.

Keçmiş nazir və fəal Meçai Viravaidya qoruyucular təbliğ etmək üçün səylər göstərib. O hətta müştəriləri pulsuz qoruyucularla təmin edən Kələm və Qoruyucu adlanan restoran belə açıb. Meçai bu yolda Taylandın uğur əldə etməsində dövlətin böyük rol oynadığını qeyd edib. Meçai: Taylanda HIV-nin aradan qaldırılması və müalicə üçün xərclənən bütün pulların 90 faizi dövlət tərəfindən və ya ölkənin daxilindən gəlir. Yalnız 10 faiz ölkənin xaricindən gəlir. Bir çox ölkələr bu xəstəliyin aradan qalxması yolunda nə siyasi nə də maliyə səyləri göstərmirlər, və gözləyirlər ki, başqa ölkələr onları xilas etsin.

ABŞ-da QİÇS üzrə məsləhətçi Baldvin bildirir ki, beynəlxalq donorlar ümid edirlər ki, iqtisadi cəhətdən möhkəm olan Asiya ölkələri QİÇS proqramlarını daha çox maliyələşdirsinlər. Liza Baldvin: Düşünürəm ki, bütün donorlar bu məsələni prioritetləşdirirlər, və faktorlardan biri də QİÇS proqramına vəsait ayırılması üçün yerli iqtisadiyyatda nə qədər pul olmasıdır. İndoneziya kimi bəzi ölkələrdə QİÇS fondunun 80 faizini və ya ondanda çoxunu donorlar təmin edir. Baldvin bunun qeyri müəyyən şəkildə davam edə bilməyəcəyini bildirib.

XS
SM
MD
LG